إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Nəcəfdə ilk RƏSƏDXANA istifadəyə verilib

Bu rəsədxana Nəcəf gölü sahilində İmam Zeynül-Abidin(ə) məqamı yaxınlığında yerləşən Safi-Səfa Yəmani ləqəbi ilə məşhur olan Üseyb Yəmaninin müqəddəs türbəsində təsis edilib.

QNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Şənbə günü, 29 Dekabr 2018-ci il, İraqın Nəcəf-Əşrəf şəhərində ilk dəfə olaraq İraq Şiə Vəqfləri (Fondları) İdarəsi tərəfindən RƏSƏDXANA açılıb.

Bu rəsədxana Nəcəf dəryasının sahilində yerləşən Safi Səfa Yəmani ləqəbi ilə məşhur olan Üseyb Yəmaninin müqəddəs türbəsində təsis edilib.

İraq Şiə Fondları (Vəqflər) İdarəsi rəisi Seyid Əla Musəvi bu barədə deyib: Şiələrin müqəddəs ziyarətgahlarının tabeçiliyində rəsədxana açılması yeni bir addım və İraq xalqına yeni bir xidmətin başlanğıcıdır. Yeni ayların röyət edilməsi, ayın vəziyyəti və ulduzlar barədə məlumatları bu rəsədxana vasitəsi ilə əldə edəcəyik. Habelə gələcəkdə yeni astronomik hilla qübbəsinin tikilməsi nəzərdə tutulmuşdur.

Safi Səfa Yəmani türbəsinin rəhbəri Əbdülhəsən Şənun bu barədə deyib:

Bu Rəsədxana coğrafi baxımdan münasib yerdə təsis edilmişdir. Çünki Nəcəf şəhərinin qərbində, hündürlükdə və açıq və geniş üfüqə tərəf yerləşmişdir.

Qeyd edək ki, Üseyb Yəmani öz vəsiyyəti əsasında Nəcəf çölünə gətirilərək şəhərin qərbində, Nəcəf dəryasının kəranında dəfn edilmişdir. Rəvayətə görə, onun cənazə namazını İmam Əli (ə) özü qılmışdır. Bu məzarın cənub tərəfində İmam Zeynül-Abidin (ə) məqamı yerləşir.

Nəcəfdə ilk RƏSƏDXANA açıldı

 

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Yanvar, 2019  16:44 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!