|
• DünyadaÇadra artıq Gürcüstan parlamentində müzakirə mövzusu belə deyilGürcüstan Parlamentin İnsan Hüquqlarının Qorunması Komitəsinin iclasında dini örtünmə haqda qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü ilə təklif irəli sürən “Patriotlar Alyansı” fraksiyasının üzvü Emzar Kvitsianinin fikri müzakirə olunub. Ahlibeyt.az-ın məlumatına görə, öncə parlamentə təklif verən millət vəkili Emzar Kvitsianinin fikri dinlənilib. O çıxışında bildirib ki, “İslam icmasının etirazını düzgün hesab edərək hicab geyimindən əlavə çadraya aid olan sözümü geri götürürəm. Bu fikrin yanlış olduğunu qəbul etdiyimdən artıq müzakirədən çıxarılmasını istəyirəm. Ancaq niqab və burka formasının ictimai yerlərdə istifadənin qadağan olunması və əməl etməyənlərin isə pulla cərimələnməsini təklif edirəm”. Müzakirə zamanı millət vəkilləri və hüquq müdafiəçiləri tərəfindən müxtəlif fikirlər söylənilib. Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov çıxışı zamanı bildirib ki, “Müsəlman xanımlarının örtünmələri dinlərindən və tərzlərin müxtəlifliyi isə fərqli düşüncə, seçim, və mədəniyyətdən irəli gəlir. Çadra hicabın bir növü hesab olunur. Örtünmək də İslamın qanunu olduğu kimi digər dinlərdə də belədir. Çadraya bənzər geyim tərzinə elə xristian və yəhudi dinlərində də rast gəlinir. Əgər bir xanım hesab edirsə ki, o, hicablı olmaq üçün çadrada gəzməlidir, bu onun seçim və hüququdur. Çadranın ümumiyyətlə müzakirədən çıxarılmasını müsbət qiymətləndirirəm. Ancaq qaldı ki, niqab və burkaya, deyə bilmərik "İslamda qadınların niqab geyməsi və burkada olması qəti şərtdir." Qadın üçün vacib olan hicab şərtlərinə cavab verən libas geyinməkdir. Hicab qadının örtünməsi vacib olan bütün bədən üzvlərini tam örtməli, şəffaf olmamalı, bədənə kip yapışacaq dərəcədə dar olmamalı və nəzər-diqqəti cəlb edəcək qədər əlvan və cəlbedici olmamalıdır. Bu şərtlərə cavab verən hər cür geyim şəriətdə məqbuldur”. “Niqab və burka haqda da qanun qəbul olunarkən diqqət olunmalıdır ki, insan hüquqlarına, din və inanc azadlığına qarşı olunmasın. Bəzən Avropa dövlətlərində qəbul olunan qanunlar İslamafobiyadan xəbər verir. Biz təklif edirik ki, əgər təhlükəsizlik üçün ictimai yerlərdə qadağan olunacağı təqdirdə müsəlman qadın geyim növü kimi yox, maska və s. kimi bütün üz qapanmalar qadağan edililsin”. İclasda təklif olunan qanun layihəsi təsdiqlənməyib. Növbəti iclas 2019-cu ilin yanvar ayının 21-nə nəzərdə tutulub. O zamana qədər dini şura və dinlər komissiyası toplantı keçirib yekun fikirlərini bildirməlidirlər. Qeyd edək ki, Gürcüstan parlamentinə təklif verilən zaman Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov (13 sentyabr tarixində) bəyanat vermiş, mətbuat konfransı keçirərək hicab və çadra haqqında olan qadağa təklifinə görə Gürcüstan parlamentinə etirazını bildirmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Dekabr, 2018 11:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |