إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Balığın pak olması üçün onu hansı şəkildə tutmaq lazımdır?

Balığın pak olması üçün onu xüsusi şəkildə tutmaq və ya öldürmək lazımdır?

Hər şeydən əvvəl qeyd edək ki, cəfəri məzhəbinə görə yalnız pulcuğu olan balıqları yeməyə icazə verilir, pulcuqsuz balıqları yemək haramdır.Əhli-sünnə məzhəbinə görə isə sudan şəriət qaydaları ilə tutulan bütün balıqları yeməyə icazə verilir.

Balığın tutulma və öldürülmə qaydalarına gəlincə, bunun xırdalıqları dini kitablarda yazılıb. Əsas olan budur ki, balıq sudan diri halda çıxarılsın və kənarda ölsün, yəni suda ölməsin.

Amma balıqçı toruna düşüb suda ölən balıq halal sayılır. Dalğaların sahilə atdığı balıq öz-özünə ölsə, onu yemək haramdır; ölməzdən qabaq adam onu tapıb götürsə və adamın əlində can versə, bu halda halaldır, çünki bu da ov hökmündədir.

Sudan çıxarılmış balığı hər hansı üsulla öldürmək icazəlidir. Belə ki, balığı sudan çıxarıb quruda saxlamaqla özü can verib ölsə, onu yemək icazəlidir. Eləcə də, balığı bərk əşya ilə vurmaq, yerə çırpmaq, bıçaqla kəsmək vasitəsilə öldürsələr, əti halaldır.

Mənbə İslam.az

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Noyabr, 2018  10:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!