إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərdoğan: Avropa terrorpərəstlik edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında 48-ci Muxtarlar Toplantısında çıxış edərək maraqlı açıqlamalar verib.

Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən məlumatına görə, Ərdoğan Soros Fondunun rəhbəri Corc Sorosu Türkiyədə 2013-cü ildə keçirilmiş və “Gəzi hərəkatı” adı ilə məşhur olan etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham edib: “Bu hadisələri maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi Soros. Bu adamın külli miqdarda pulu var və həmin pulları xalqlar arasında ədavət salmağa, dövlətləri dağıtmağa sərf edir”.

Daha sonra Ərdoğan Avropa İnsan Haqları Məhkəməsinə səslənib:

"Avropa İnsan Haqları Məhkəməsi dünən ölkəmiz əleyhinə bir qərar açıqlayıb. Nədir o qərar? Türkiyə terror təşkilatı PKK ilə əlaqəli olan keçmiş rəhbərinin mühakimə olunduğu məhkəmədə azadlıq, təhlükəsizlik və seçki hüququnu pozurmuş. Bəs siz Avropa Birliyi orqanlarından hər hansı birinin o zatın 6-8 oktyabr 2014-cü il tarixindəki hadisələr zamanı insanları, tamamilə yalan olan bəyanatlarla provokasiya edib 50 məsumun küçələrdə vəhşicəsinə qətlə yetirilməsinə səbəb olması məsələsində hər hansı bir bəyanatını eşitdinizmi?

AİHM sən hardasan? Sən bunları görürsənmi, bunları təqib edirsən, ya yox?

"Bunlar haqqında verilmiş bir qərarın varmı? Türkiyədə çevrilişə cəhd edən FETÖ-çuları baş tacı edən heç bir ölkənin, heç bir qurumun demokratiyanın adını ağzına almağa haqqı yoxdur. Bunun adı azadlıq və ya haqq axtarışına dəstək olmaq deyil, açıq-açığına terrorpərəstlikdir, terrorçu sevgisidir.

Buradan Avropalı dostlarımızı xəbərdarlıq edirəm. O çox sevdiyiniz terrorçular var ha, maraqlarına toxunduğunuz gün əmin olun, sadəcə nifrətlərini və şüarlarını deyil, silahlarını da sizə çevirəcəklər. Nəticə olaraq deyirik ki, siz gedin istədiyiniz qərarları qəbul edin, arzuladığınız səsvermələri keçirin, biz demokratik hüquqi dövlət xüsusiyyətlərimizdən heç vaxt güzəştə getməyəcəyik. Ölkəmizin və millətimizin mənfəəti üçün nə lazımdırsa, onu etməyə davam edəcəyik".

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Noyabr, 2018  10:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!