|
• DünyadaXeyriyyə müəssisəsi 16 ölkədə 500 min nüsxə Quran payladıSəudiyyə Ərəbistanı "Saleh Əbdüləziz Racihi" xeyriyyə müəssisəsi 16 ölkədə yaşayan müsəlmanlara 500 min Qurani-Kərim nüsxəsini pulsuz paylayıb. Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, xeyriyyə müəssisəsinin icraçı müdiri Əbdüssəlam Racihi bu barədə məlumat verib: "Müasir dövrdə texnolgiya inkişaf etmiş və bunun da nəticəsində Quran sahəsində elektron proqramlar çoxalmışdır.Buna baxmayaraq bir çox ölkələrdə elektron Quran proqramlarından istifadə edilmir. Quranı üzündən oxumağı tərcih edirlər, bunu daha çox mənəvi və ruhi baxımdan sakitləşdirici hesab edilər və ya hamı elektron nüsxələr hamı üçün əlçatanda deyil. Müəssisə tərəfindən hazırlanmış Qurani-Kərimin çap nüsxələri İndoneziya, Filippin. Ciyubiti, Malaziya, Şri-Lanka, Seneqal, Tanzaniya, Mali, Fil Dişi Sahili, Mərakeş, Cənubi Afrika, Tayland, Pakistan, Bosniya və Herseqovina, Sudan və Qvineyada müsəlmanlar arasında pulsuz paylanıldı." Qeyd edək ki, bu xeyriyyə müəssisəsi keçən 4 il ərzində dünyanın müxtəlif ölkələrində 2 milyon Qurani-Kərim nüsxəsi paylamışdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Noyabr, 2018 10:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |