إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kazanda keçirilən “Beynəlxalq İslam Kino Festivalı”nda 56 ölkə iştirak edəcək

Rusiya federasiyasının Tatarıstan cümhuriyyətinin paytaxtı Kazan şəhərində keçiriləcək "Beynəlxalq İslami Kino Festivalı"nda dünyanın 56 ölkəsi iştirak edəcəkdir.

Kazanın "Beynəlxalq İslami Kino Festivalı"nın icra komitəsinə dünyanın 56 ölkəsindən festivalda iştirak etmək istəyənlər tərəfindən minə yaxın ərizə daxil olmuşdur.

Bu festival cari ilin Sentyabr ayının 4-dən 10-dək "Rusiya və İslam dünyasının strateji baxışı" klubunun iştirakı ilə keçiriləcəkdir.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, Kazan "Beynəlxalq İslam Kino Festivalı"nda bu il Tatarıstan kinomotoqrafçılarının otuzadək bədii, sənədli və qısametrajlı filmləri nümayiş olunacaq.

Bu festivalın qalibi ümumbəşəri, dini - ənənəvi dəyərləri, humanitar, sülh və dini tolerantlıq təfəkkürünü insanlara aşılaya bilən nominasiyalar üzrə qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, "Beynəlxalq İslam Kino Festivalı" 2005-ci ildən Kazanda öz işinə başlamışdır, "qızıl mənbər" ləqəbini daşıyır və "mədəniyyətlərin dilaoqunda dialoq mədəniyyəti" devizini həmişəlik şüarıdır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyul, 2018  11:52 Çap

Bu bölmədə


Xəbər lenti
© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com