إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiyalı nazirdən açıqlama: İŞİD silahlıları Mərkəzi və Cənub-Şərqi Asiyaya doğru hərəkət edirlər

"İŞİD silahlıları İraq və Suriyada məğlubiyyətə uğradıqdan sonra Mərkəzi və Cənub-Şərqi Asiyaya doğru hərəkət edirlər."

Ahlibeyt.az-ın məlumatına görə, "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, bu regionlarda yeni terror yuvaları yaradılır.

S.Şoyqu deyib ki, silahlılar tez-tez müasir silahlardan, o cümlədən pilotsuz uçan aparatlardan istifadə edirlər.

"Silahlıların Suriyada istifadə etdikləri pilotsuz uçan aparatlat 100 km-dən çox məsafələrdə istifadə oluna bilər. Onları inkişaf etmiş ölkələrin texniki yardım olmadan yaratmaq mümkün deyil. Sıx məskunlaşma olan ərazilərdə belə silahlardan istifadə fəlakətli nəticələrə səbəb ola bilər", - nazir əlavə edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Aprel, 2018  10:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!