إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misir XİN-dən Türkiyənin Afrin əməliyyatına etiraz

Misir XİN Afrin şəhərinin Türkiyə hərbçiləri və onlara tabe olan silahlılar tərəfindən tutulmasını pisləyib.

Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Misir Xarici İşlər Nazirliyi (XİN) Suriyanın şimalında yerləşən Afrin şəhərinin Türkiyə hərbçiləri və onlara tabe olan silahlılar tərəfindən tutulmasını pisləyib.

"Misir Suriyanın suverenliyinə qarşı olan ardıkəsilməz pozuntuları məqbul hesab etmir.", - deyə bəyanatda deyilir.

Rəsmi Qahirənin fikrinə əsasən, "Türkiyənin Afrini işğal etməsi Suriyanın mülki əhalisinin kütləvi şəkildə (öz torpaqlarından) axın etməsinə səbəb olub ki, bu da humanitar xarakterli çox böyük risklərə gətirib çıxara bilər".

"Misirin mövqeyi dəyişməz olaraq qalır. Misir, Suriya dövlətinin bütövlüyünü, onun institutlarını qorumağa imkan verəcək siyasi həll yolunu dəstəkləyir.", - deyə sənəddə qeyd edilib.

Bununla belə, rəsmi Qahirə məsələdəki bütün maraqlı tərəfləri humanitar vəziyyətin və təhlükəsizlik məsələlərinin gələcək tənəzzülünə yol verməməyə səsləyib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Mart, 2018  11:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!