إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fələstin “Qəzəb günü”nə hazırlaşır

Fələstində martın 16-da (Cümə günü) genişmiqyaslı  “Qəzəb günü” adlı kütləvi aksiya keçiriləcək.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, bu barədə ölkənin azadlığı uğrunda mübarizə aparan təşkilatların aktivistləri sosial şəbəkələrdə və mətbuatda məlumat yayıblar.

Bildirilir ki, aksiya Fələstinin işğal olunmuş ərazilərində, işğalçı İsrail rejiminin yerləşdirdiyi keçid məntəqələrində və toqquşmalar baş verən ərazilərdə  təşkil olunacaq.

Aksiyaların keçirilməsində məqsəd Ağ ev və İsrailin Fələstinlə bağlı siyasətinə qarşı etiraz etməkdir.

Aktivistlər İsrailin müstəqil “Fələstin dövləti”ni tanıyacağı günə qədər etirazlarını davam etdirəcəklərini bəyan edirlər.

Xatırladaq ki, ötən həftə Qəzza zolağında da geniş aksiyaların keçiriləcəyi barədə xəbər verilmişdi. Həmçinin 30 mart-15 may tarixlərində 6 həftəlik mitinqlər keçirmək üçün İsraillə sərhəd zonasında çadır şəhərciyi də yaradılacaq.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Mart, 2018  14:31 Çap

Bu bölmədə


© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com