إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Cənnəti Tehranın İmam cümə vəzifəsindən istefa verib

Ayətullah Əhməd Cənnəti Tehranın İmam cümə vəzifəsindən istefa xahişi ilə İranın Ali Dini lideri Ayətullah Xameneiyə məktub ünvanlayıb.

Ahlibeyt.az-ın İran mediasına istinadən məlumatına görə,Ayətullah Əhməd Cənnəti məktubda 25 il ərzində Tehranın müvəqqəti imam cüməsi olmasına toxunaraq ölkənin Ali dini liderinə təşəkkürünü bildirib  və Tehranın imam cüməsi vəzifəsindən kənarlaşması istəyinin qəbul edilməsini xahiş edib.

Öz növbəsində Ayətullah Xamenei Ayətullah Cənnətinin uzun illər öz vəzifəsindən ləyaqətlə gəldiyini qeyd edərək ona öz təşəkkürünü bildirib və bu istəyinə müsbət cavab verirb.

Qeyd olunur ki, 91 yaşlı Ayətullah Cənnəti səhhəti və yaşı ilə əlaqəli bu vəzifədən uzaqlaşıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Mart, 2018  11:02 Çap

Bu bölmədə


Xəbər lenti















© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com