إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hollandiyanın Brill nəşriyyatı İslam ensiklopediyasının 2018-ci il üçün nəzərdə tutulan üçüncü cildini nəşr edib

Hollandiyanın Leyden şəhərinin Brill nəşriyyatı İslam ensiklopediyasının iki dildə olan  toplusunun 2018-ci il üçün nəzərdə tutulan üçüncü cildini çap və nəşr etdi.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,Leyden İslam Ensiklopediyası məqalələr toplusunu hər il iki dildə: Fransız və İngilis dillərində və iki formatda: online və çap formatlarında nəşr edir.

Bu ensiklopediyanın 3-cü cidi çap edilib Ensiklopediyanın üçüncü cildində 20-ci əsrdə bütün dünyada yaşayan müsəlman azlıqlar barədə və İslam dini haqqında ətraflı məlumat verilib.

Leyden İslam Ensiklopediyasının bu cildində müxtəlif İslami mövzuları əhatə edən 65 məqalə çap edilib ki, bu da İslami araşdırmalar sahəsində tədqiqatların masını göstərir.

İslam ensiklopediyasını avropanıların İslamşünaslıq üzrə tədqiqatlarının səmərəsi hesab etmək olar. Bu ensiklopediya qərblilərin 18 və 19-cu əsrlərdə şərqşünaslıq araşdırmalarının özləri üçün şərqin iqtisadi və mədəni zəminələrində mötəbər qaynağıdır.

Qeyd edək ki,“Bril” nəşriyyatı Hollandiyanın Leyden şəhərinin təhsil ocaqlarının elmi kitablarının nəşriyyatıdır. Bu nəşriyyat 1683-cü ildə təsis edilmişdir. Və o zamandan indiyədək müxtəlif sahələrdə nəfis və qiymətli kitablar çap və nəşr etmişdir.

 

Hollandiyada İslam ensiklopediyasının 3-cü cildi çap və nəşr edildi

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2018  14:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!