|
• DünyadaŞəhid Möhsün Höcəcinin İmam Rzaya (ə) məktubu üzə çıxıb – “Ağa, şəhidliyimi imzala!”Ötən ilin avqust ayında Suriya səhrasında gedən döyüşlər zamanı İŞİD-ə əsir düşən və vəhşicəsinə baş bədənindən ayrılaraq şəhid edilən Möhsün Höcəcinin 2 il öncə Məşhəddə imam hərəmini ziyarət edərkən, İmam Rzaya yazdığı məktubu ortaya çıxıb. Ahlibeyt.az-ın İslaminsesi.info-ya istindən məlumatına görə, Möhsün Höcəci bu məktubda imamdan şəhidliyini imzalamağını istəyir. Hərəm müdafiəçisi şəhid Möhsün Höcəci İmam Rzaya yazdığı 4 səhifəlik məktubunda deyir: “Nur Allahın adı ilə başlayıram. Canların münisi, günəşlərin günəşi, ağam Əli ibni Musa Rzaya: Salam mənim əziz ağam! Sonuncu dəfə sənin astanına gəldiyimdən neçə il keçib. İndi ki sənin səhnin və sarayındayam başdan ayağa şövq içindəyəm ağa. Yadımdadır, sonuncu dəfə səndən çox şeyləri istəmişdim. İndi baxıram və görürəm ki, onların hamısına çatmışam. Orduda çalışıram.Toyum oldu.Həyatım yoluna düşdü. Mənim ağam, təşəkkür edirəm. Amma indi əsgər paltarında sənin hərəminə daxil olmuşam, bundan həzz alıram, ağam. Ağa, həyatımda yeni qapılar açılıb. Əgər gündə Allaha min dəfə şükr etsəm, yenə də azdır. Ey mənim ərbabım, dünya ləzzətlərini daddım. Amma indi səbirsizliklə axirət ləzzətini dadmaq istəyirəm. Elə bir ləzzət ki, onun sonu və yuxarı dərəcəsi Allahın insandan razı qalmasıdır. Ey Rza(ə)! Səni and verirəm möhtərəm atan Musa Kazimə(ə), səni and verirəm övladın Cavadul-Əimməyə(ə), səni and verirəm möhtərəm bacın Fatimeyi-Məsuməyə mənə zamin dur! Ağacan istəyirəm ki, Əli-Əkbər kimi cavan ikən şəhidliyin şirinliyini dadam və bu dəyərsiz canımı siz Əhli-beyt (ə) fəda edəm! Yalnız bir şəxsi istəyim var: Ey mənim ağam! Boynuma minnət qoyub, şəhidlik qəbaləmi imzala! Bu gün bazar ertəsi günüdür. Deyirlər ki, bazar ertəsi günü və cümə axşamı günü bizim əməl dəftərimizi zəmanənin İmamına göstərirlər. Elə isə ağam, səni and verirəm anan Zəhraya (s.ə) mənim şəhidlik məktubumu öz imzanla zinətləndir! Arzum budur ki, bu gün əməl dəftərim şəhidlik imzası ilə birgə İmam Zamanın (ə) əlinə çatsın. Şəksiz-şübhəsiz məktubda sizin imzanız olsa o da mənim şəhidliyimə imza atacaq. Baxmayaraq ki, başdan ayağa günaham, üzüm qaradır, amma yenə də sən mənim zaminim ol! Sığınacaq verdiyin və zamin durduğun ahu kimi. Ahu tək pənahındayam ağa. Ey mənim ağam! Məni dərgahından ümidsiz qaytarma! İlahi sənin yazdığın təqdir və qəzavətinlə razıyam, Səndən başqa məbud yoxdur ilahi! 06.05.1394 – İmam Rzanın hərəmi, gecə saat: 01:34" Qeyd edək ki,Möhsün Höcəci 9 avqust 2017-ci il tarixində İraq və Suriya sərhəd məntəqəsində İŞİD terrorçuları tərəfindən əsir götürülmüş, daha sonra şəhid edilmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2018 14:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |