إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərəbistanda 14 əsrlik məscid tapıldı

Səudiyyə Ərəbistanının milli irs və turizm nazirliyi bu ölkənin cənub rayonlarından birində qədim məscid qalıqlarının kəşf edildiyini elan edərək bildiribki, bu qədim tikilinin tarixi İslamın ilk əsrinə qayıdır.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatın görə,b barədə Səudiyyə Ərəbistanın məşhur “Ukaz” qəzeti məlumat yayıb.

Məlumata görə,Səudiyyə Ərəbistanının milli irs və turizm nazirliyi nəzdində fəaliyyət göstərən arxeoloji tədqiqat qrupu ölkənin cənubi “Əsir” bölgəsində yerləşən “Bişə” əyalətində arxeoloji qazıntılar apardıqları zaman qədimi bir məscidin qalıqlarını kəşf ediblər.

Açıqlamada bildirilir ki,sahəsi 616 kv.metr olan bu məscidin tarixi İslamın ilk əsrinə qayıdır.

Ölkənin qədim və tarixi əsələrini yeniləmək üçün yaradılmış elmi axtarış qrupunun rəhbəri Abdullah Əkləbi bu barədə bildirib:

"Kəşf edilən məscidin binanın xaricinə çıxıntı ilə tikilmiş yarımdairə mehrabı vardır. Məscidin ortası açıq bir sahə ilə tamamlanır. Məscidin cənubi küncündə bir- birinin yanında iki otaq var ki, ehtimal olunur ki, onlardan biri məscidi işıqlandırmaq üçün istifadə edilirmiş.

Elmi qrup öz axtarışını daha böyük bir ərazidə aparır və məsciddən əlavə digər qədim tapındılar, o cümlədən saxsı divar, hovuz, su anbarı və əkinçilik məhsulları saxlanılan saxsı çəlləklər də kəşf edilib.

Bundan əlavə ərazidə kiçik dar küçələr, yaşayış evlərindən xaricə çəkilmiş kanallar, daş lövhələrdən düzəldilmiş pillələr, ağac sütunlar və digər tarixi əşyalar da tapılıb."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Fevral, 2018  13:05 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!