|
• DünyadaAvropada müsəlman qaçqınlara nifrət fonunda radikal sağçı partiyalar hakimiyyətə gəlirBeynəlxalq Hüquq Pozuntularının Monitorinqi Mərkəzi 2017-ci il üzrə hesabatını açıqlayıb. Ahlibeyt.az-ın məlumatına görə, Maide.az-ın "Dunyabulteni"-nə istinadən verdiyi xəbərə əsasən, ictimai təşkilatlar və müstəqil cəmiyyətlər tərəfindən həyata keçirilən bütün araşdırmalara əsasən hazırlanan hesabatda il ərzində müsəlmanların diskriminasiya və şiddətə məruz qaldığı qeyd edilib. Hesabat 4 istiqamətdə - "Anlaşılmazlıqlar ili", "Kütləvi xəstəliklər ili", "İkiüzlülüklər ili" və "İkili standartlar ili" - hazırlanıb. Məlumatda qeyd olunub ki, son illərdə müsəlman qaçqınlara artan nifrət fonunda Avropanın bir çox dövlətlərində radikal sağçı partiyalar hakimiyyətə gəliblər. Bu səbəbdən Avropada islamafobiya daha da güclənib. Almaniya, İngiltərə və Fransada isə müsəlmanlara edilən hücumlarla bağlı ümumilikdə 10 mindən çox fakt qeydə alınıb. "2017-ci ildə yalnız Almaniyada 200-dən çox müsəlman hücuma məruz qalıb. Hicablı qadınlar təhqir edilmiş və müsəlmanlara aid özəl mülklər dağıdılmışdır. İngiltərədə yaşayan müsəlmanlar da iş və cəmiyyətdə bənzər hücumlara məruz qalıb. İngiltərədə müsəlmanlara qarşı hücumlar hər gün artıb və irqçi və İslamofobik hücumların sayı 2016-cı ildə 3886 idisə, bu rəqəm 2017-ci ildə 41 faiz artaraq 5848 -ə qalxıb. Fransa isə 2017-ci ildə miqrantların düşərgələrinə edilən hücumlarla yanaşı hökumətin miqrantlara qarşı yürütdüyü ayrı seçkilik siyasəti ilə yaddaşlarda qalıb." Qurumun icraçı direktoru Ayhan Küçük bildirib ki, dünyaya demokratiya, azadlıq, insan hüquqları kimi məsələlərdə dərs verməyə çalışan ABŞ, bunları özü pozmaqdan çəkinmir: "Dünyada nüvə silahının 93 faizi ABŞ və Rusiyanın payına düşür. Amma ABŞ İran, Pakistan və Şimali Koreyanı nüvə silahı məsələsində dünyaya təhdid olaraq görür. ABŞ terrorizmə qarşı mübarizə apardığını söyləsə də, Suriyada terrorçuları silahla təmin edən onlardır. Yəni, ABŞ ikiüzlü siyasət yürüdür".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2018 11:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |