إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlman qadın İsveçdə "İlin qəhrəmanı" mükafatına layiq görülüb

İsveçde "İlin qəhrəmanı" adına 7 uşaq anası 63 yaşlı Fatma Alcı layiq görülüb.

Ahlibeyt.az-ın Dunyabuleteni-nə istinadən məlumatına görə,Fatma İpəkçi Alçı İsveç paytaxtı Stokholmda keçirilən "2017 İsveçli qəhrəmanlar" yarışmasında ilin qadını adına layiq görülüb.

Yarışmanın şərtlərinə görə qalib ümumxalq səsvermə nəticəsində müəyyən olunub.

Mükafatlandırmaya qatılan İsveç baş naziri,ölkənin təhsil naziri və Milli yığmanın texniki direktoru Janna Andesson ilin qadını seçilən Fatma Alcını təbrik edib.

İki il əvvəl Türkiyədən İsveçə köçən Fatma Alcı yaşadığı məhəllədə güvənlik dərnəyi qurub və 20-yə yaxın qadınla bərabər cümə və şənbə günləri gecə yarısında məhəllə küçələrində yürşə çıxaraq yaşadıqları ərazidəki bəzi xoşagəlməz hallara etirazlarını bildiriblər.

Fatma Alcı bilidirb ki,ABŞ prezidenti Trampın köçmənlərlə bağlı sərt mövqeyinə etiraz olaraq  Avropaya köçən miqrantların yaşadıqları ölkələrdə təhlükəsizliyin təmin edilməsində maraqlı olduqlarına diqqət çəkməyə çalışıb.

O, mükafatlandırma zamanı dərnək üzvlərinin hamısını səhnəyə dəvət edib və bildirib ki,bu mükafatı bütün Türk qadınları adına aldım.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2017  12:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!