|
• Dünyadaİsrailə etiraz olaraq Aya-Sofyada namaz qıldılarİstanbulda polis Aya Sofya muzeyində namaz qılmağa çalışan bir qrup gənci saxlayıb. Ahlibeyt.az-ın Türk mediasına istinadən məlumatına görə, İstanbul Alperen Ocaqları üzvləri Aya Sofya muzeyinə daxil olaraq azan oxuyublar və gənclər təkbir sədaları ilə namaz qılıblar. Məlumata görə, gənclər ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına etiraz olaraq bu addımı atıblar. Namaz zamanı Aya Sofyada çox sayda turistin olduğu bildirilir. Namazın ardından gənclər saxlanılaraq ifadələri alınmaq üçün polis bölməsinə aparılıb və daha sonra sərbəst buraxılıblar. Həmin şəxslərin Milliyətçi Hərəkat Partiyasının tərəfdarları olduğu bildirilir. Qeyd edək ki, "Aya Sofya" məbədi(Yunan dilindən tərcümədə "Müqəddəs hikmət", "Müqəddəs Sofiya" kimi tərcümə edilir) VI-cı əsirdə inşa edilib. "Aya Sofya" kilsə kimi doqquz əsr boyu xidmət edib.Yalnız 1453-cü ildə Osmanlı imperiyası Bizans üzərində qələbədən sonra Fateh Sultan Mehmet tərəfindən məscidə çevrilmiş və 1935-ci ilə qədər dindarların xidmətində olmuşdur. Məscid binası müasir Türkiyə Respublikasının quruluşuna qədər 400- ildən çox fəaliyyət göstərib və1935-ci ildə M.K.Atatürkün dekretinə əsasən inanclıların əlindən alınaraq muzey istifadəsinə verilib. Yalnız 2006-cı ildə "Aya Sofiya" muzeyi kompleksinin bir hissəsi dini ayınlərin yerinə yetirilməsi üçün müsəlmanların ixtiyarına verilib. Hazırda bina YUNESKO-nun Dünya İrsinə daxildir və Bizans memarlığının şah əsəri kimi hesab edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2017 11:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |