12 Dekabr, 2017
İsrailə etiraz olaraq Aya-Sofyada namaz qıldılar

İstanbulda polis Aya Sofya muzeyində namaz qılmağa çalışan bir qrup gənci saxlayıb.

Ahlibeyt.az-ın Türk mediasına istinadən məlumatına görə, İstanbul Alperen Ocaqları üzvləri Aya Sofya muzeyinə daxil olaraq azan oxuyublar və gənclər təkbir sədaları ilə namaz qılıblar.

Məlumata görə, gənclər ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına etiraz olaraq bu addımı atıblar.

Namaz zamanı Aya Sofyada çox sayda turistin olduğu bildirilir.

Namazın ardından gənclər saxlanılaraq ifadələri alınmaq üçün polis bölməsinə aparılıb və daha sonra sərbəst buraxılıblar.

Həmin şəxslərin Milliyətçi Hərəkat Partiyasının tərəfdarları olduğu bildirilir.

Qeyd edək ki, "Aya Sofya" məbədi(Yunan dilindən tərcümədə "Müqəddəs hikmət", "Müqəddəs Sofiya" kimi tərcümə edilir) VI-cı əsirdə inşa edilib.

"Aya Sofya" kilsə kimi doqquz əsr boyu xidmət edib.Yalnız 1453-cü ildə Osmanlı imperiyası Bizans üzərində qələbədən sonra Fateh Sultan Mehmet tərəfindən məscidə çevrilmiş və 1935-ci ilə qədər dindarların xidmətində olmuşdur.

Məscid binası müasir Türkiyə Respublikasının quruluşuna qədər 400- ildən çox fəaliyyət göstərib və1935-ci ildə M.K.Atatürkün dekretinə əsasən inanclıların əlindən alınaraq muzey istifadəsinə verilib.

Yalnız 2006-cı ildə "Aya Sofiya" muzeyi kompleksinin bir hissəsi dini ayınlərin yerinə yetirilməsi üçün müsəlmanların ixtiyarına verilib.

Hazırda bina YUNESKO-nun Dünya İrsinə daxildir və Bizans memarlığının şah əsəri kimi hesab edilir.

Ayasofya'da namaz kılındı

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7793.html