|
• DünyadaƏrəb Dövlətləri Liqası ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi tələb edibƏrəb Dövlətləri Liqası (ƏDL) ABŞ-dan Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasına dair qərarı ləğv etməyi tələb edib. Ahlibeyt.az-ın məlumatına görə, APA-nın “RiaNovosti”yə istinadən verdiyi xəbərə əsasən, bu barədə ƏDL ölkələrinin XİN rəhbərlərinin Qahirədə keçirilən toplantısının yekunlarına dair bəyanatda bildirilir. “Şura ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi və beynəlxalq ictimaiyyətlə birlikdə İsraili BMT-nin qətnamələrinin icrasına məcbur etdirməyi, 1967-ci ilin iyunun 4-də zəbt olunmuş Fələstin və ərəb ölkələrinin ərazilərinin işğalına son qoymağı tələb edib”, - deyə bəyanatda qeyd olunur. Ərəb ölkələri ABŞ-ın qeyd olunan qərarının beynəlxalq hüququn prinsiplərinə və BMT TŞ-in qətnamələrinə zidd olduğunu və buna görə də əhəmiyyətsiz olduğunu qeyd ediblər. “Bu qərarın heç bir qanuni təsiri yoxdur, o yalnız sülhə nail olunması istiqamətində səyləri sarsıdır, gərginliyi artırır, qəzəbi daha da möhkəmləndirir və bütün Yaxın Şərqi zorakılıq, iğtişaşlar və qeyri-sabitliyə sürükləyir”, - deyə bəyanatda qeyd olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Dekabr, 2017 10:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |