إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran XİN rəsmisi Səud şahzadəsinin Ayətullah Xamenei ilə bağlı təhqirinə cavab

"The New York Times" qəzetinə verdiyi müsahibədə İranın ali dini lideri Ayətullah Xameneini "Yaxın Şərqin Hitleri" adlandıran Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd ibn Salmana İrandan cavab gecikməyib.

Ahlibeyt.az-ın "Eastnews.org"-a verdiyi xəbərə əsasən İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi məsələ ilə bağlı açıqlama verib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi bu haqda İran dövlət televiziyasına verdiyi müsahibədə, "Dünyada və beynəlxalq arenada kimsə o yetkinlik həddinə çatmayan və zəif düşüncəli insana etimad bəsləmir. Məhəmməd ibn Salman regiondakı məşhur diktatorların izi ilə getməyi seçdi. O, həmin diktatorların taleyinin necə olduğu barədə düşünməlidir" , - deyə söyləyərək, Səudiyyə vəliəhdinin sözlərinin əhəmiyyətsiz olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki,"The New York Times" qəzetinə verdiyi müsahibədə Səud rejiminin vəliəhd şahzadəsi Muhəmməd bin Salman buldirib ki;“Avropanın misalında biz bildik ki, sakitləşdirmə və barışdırma siyasəti işlək deyil. Biz istəmirik ki, İrandakı yeni Hitler Avropada baş verənləri Yaxın Şərqdə təkrarlasın.”

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2017  11:25 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!