إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya BMT TŞ-də Yaponiyanın Suriyaya dair qətnaməsini bloklayıb

Rusiya BMT TŞ-də Yaponiyanın Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının 30 gün uzadılmasına dair qətnaməsini bloklayıb.

Ahlibeyt.az-ın məlumatına görə APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, 12 ölkə qətnamənin lehinə, Rusiya (Təhlükəsizlik Şurasının daimi üzvü) və Boliviya isə sənədin əleyhinə səs verib. Daha bir Təhlükəsizlik Şurasının daimi üzvü Çin bitərəf qalıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ, daha sonra isə Rusiya tərəfindən hazırlanan qətnamə layihəsi səsvermədən keçməyib.

BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizm 2015-ci ildə yaradılıb. 2016-cı ildə qeyd olunan mandatın müddəti bir illik uzadılıb. Onun müddəti noyabrın 17-si başa çatıb.

Xatırladaq ki, Rusiya 24 oktyabr tarixində də Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Noyabr, 2017  10:10 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!