|
|
Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşri hazırlanacaqNoyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlanması məsələsinə baxılıb. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirində dilimizin lüğət tərkibinin imkanları və ana dilimizin saflığının qorunması haqqında irəli sürdüyü fikirlərin dilçilik elminin qarşısında mühüm vəzifələr qoyduğunu deyən İsa Həbibbəyli müstəqillik dövrünün yeni orfoqrafiya lüğətinin hazırlanmasının bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. İclasda Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin prinsiplərinin hazırlanması, mövzu ətrafında müzakirənin təşkili, lüğətin nəşri məqsədilə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Respublika Komissiyasının yaradılması təklif edilib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna bir ay müddətində aidiyyəti elmi qurumlarla birlikdə orfoqrafiya lüğətinin qayda və prinsiplərini hazırlayıb müzakirəyə vermək, eləcə də 2018-ci ilin may ayınadək yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb. Qeyd edək ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən də orfoqrafiya lüğəti hazırlanaraq çapa verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2017 09:45 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |