|
• DünyadaFransa polisinə məscidləri bağlamaq hüququ verildiNoyabr ayının 1-dən Fransada fövqəladə vəziyyət rejimi ləğv edilir. Müvafiq qərarı ölkə Prezidenti Emmanuel Makron imzalayıb. Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com-un "The Independent"-ə istinadən verdiyi xəbərə əsasən,artıq Fransada fövqəladə vəziyyət rejiminin əvəzinə yeni anti-terror qanunu qüvvədə olacaq. Bu qanun hüquq-mühafizə orqanlarının səlahiyyətlərini nəzərə çarpacaq qədər genişləndirir və faktiki olaraq, əvvəlki rejimi qismən əvəzləyəcək. Sənədə əsasən, artıq Fransa polisi dini qurumlarda axtarışlar aparmaq, oranı bağlamaq, həmçinin ektremistlərlə əlaqədə şübhəli bilinən şəxslərin yerdəyişməsini məhdudlaşdırmaq hüququna sahibdir. Xatırladaq ki, 2015-ci ilin noyabr ayının 13-ü axşam saatlarında Paris və onun ətrafında silsilə terror aktları baş verib. Nəticədə 130 nəfər həlak olub, 350 nəfər isə yaralanmışdı. Məhz bundan sonra ölkədə fövqəladə vəziyyət rejimi elan edilmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2017 15:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |