إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Küveyt vahhabiləri məktəb dərsliklərinə şiələri təkfir edən mətnlər daxil etmək istəyirlər

Küveytin Cümə xətiblərindən olan Şeyx Məhəmməd Cümə Küveyt vahhabilərinin məktəb dərsliklərində olan qəbir ziyarəti bəhslərinin yığışdırılıb əvəzində qəbir ziyarətlərinin haram və şirk olmasını bildirən mətnlərin salınması üçün çalışdıqlarını bildirib.

Şeyx Məhəmməd Cümə deyib ki, əlimizdə olan məlumatlara görə, vahhabilər dövlətin təhsil üzrə cavabdeh olan müvafiq qurumlarına şiələri təkfir edən bəhslərin salınması üçün təzyiqlər edirlər.

Şeyx Məhəmməd Cümə vahhabilərin qəbir ziyarətlərini şirk adlandırmasına toxunaraq deyib ki, dəfələrlə onlarla bu barədə bəhslərimiz olub və hər dəfə onlara bu işin caiz olduğunu sübut etmişik. Amma onlar yenə də öz iddialarından əl çəkmirlər.

Xatırladaq ki, keçən ilin oktyabr ayında Küveytin vahhabi şeyxlərindən olan Nəvaf əs-Salim məktəb dərsliklərində Kərbəla ziyarətinin yer almasını tənqid etmiş və İmam Hüseynə(ə) hörmətsizlik edərək bu işi uşaqları yalana və zinaya təhrik etmək adlandırmışdı.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2012  05:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!