إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Oksford muzeyində Quran-Kərimin nadir nüsxələri sərgisi dörd ay müddətində nümayiş etdiriləcək

İngiltərənin Oksford şəhərinin Aşmolean muzeyi müxtəlif dinlərin incənəsənət və mədəniyyət əsərlərinin sərgisinə evsahibliyi edir.

Sərgidə Quran-Kərimin də Hicaz xətti ilə yazılmış nadir və qədim nüsxələri nümayiş etdirilir.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, "İlahiyyat təsəvvürü; Dünya dinləri və məzhəblərinin yaranması və incəsənət" şüarı ilə keçirilən bu sərgidə incəsənət əsərləri vasitəsi ilə müxtəlif dinlər barədə məlumatlar verilir.

Sərgidə dünyanın ən böyük 5 din və məzhəbinin incəsənət əsərləri təqdim olunur ki, bu incəsənət əsərlərində İslam, Məsihilik (xristian), Yəhudilik, Hinduzim və Buddizm dinlərinin tarixi öz əksini tapmışdır.

Bu incəsənət əsrələrində insanlara tarix boyu və uzun zaman axarında dinlərin necə yarandığı və insanların din barədə təsəvvürlərin dəyişdiyi haqda məlumat verilir.

Sərginin məsullarından biri Quran-Kərimin müxtəlif nüsxələrinin gözəlliyinə işarə edərək deyib: İlk müsəlman incəsənətçiləri Qurani-Kərimi təqdim etmək üçün gözəl incəsənət əsərləri yaratmışlar və Quranın mətnini kağız üzərinə köçürmək üçün özlərinin bütün bacarıq və istedadlarından istifadə etmişlər.

Link Stefani əlavə edib:

" Quran nüsxələri arasında Tunisin Qeyrəvan şəhərinin şahzadələri üçün tibb bacısı işləmiş və Quran-Kərimi nüsnxətt ilə yazmış Fatimə adlı xanımın "Tibb Bacısı Quranı" adlı Quran nüsxəsi mənim çox xoşuma gəlir.

Bu nüsxənin digər nüsxələrin əksinə olaraq yazanı və hədiyyə eləyəni barədə dolğun məlumat vardır. Məlum nüsxə qədim zamanlarda bir xanımın olub və onu məscidə hədiyyə edib.

Bu nüsxə o zamanın İslam cəmiyyəti və bu cəmiyyəti qadının mövqeyi barədə yaxşı məlumat göstəricisidir. Bu nüsxə göstərir ki, hələ qədim zamanlarda İslami cəmiyyətlərdə qadının ictimai fəaliyyəti olub. Qadın yazıb, oxuyub və hətta belə gözəl bir incəsənət əsəri də yaradaraq tarix üçün isr qoyub."

Qeyd edək ki, "İlahiyyat təsəvvürü; Dünya dinləri və məzhəblərinin yaranması və incəsənət" sərgisi 2018-ci ilin Fevral ayının 18-dək davam edəcəkdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2017  12:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!