إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mömin ailədə övladın imansız və kafir olmasının səbəbi nədir?

Bunun səbəbləri müxtəlif ola bilər. İlk səbəbi övladın özündə axtarmaq lazımdır. Hər kəs Allah qarşısında öz əməllərinə görə cavabdehdir. Bir kəsin imanı deyil, küfrü seçməsi öz məsuliyyətinə bağlı olan məsələdir. Allah insana iradə azadlığı və seçki imkanı vermişdir. Ona görə də övladın böyüyərkən mömin ya kafir olması ilk növbədə onun özündən asılıdır. Dini mətnlərimizdən məlumdur ki, bəzi mömin və müqəddəs şəxslərin, hətta bəzi peyğəmbərlərin (məsələn, Adəm və Nuh peyğəmbərlər) övladı kafir oldu və Allaha üsyan etdi.

Övladın küfrə düşməsinə ailə tərbiyəsi, qidalanma və sairə millər də təsir edə bilər. Ola bilər ki, valideyn nə qədər mömin olsa da, övlad tərbiyəsində boşluğa yol vermiş, mühüm məqamları nəzərdən qaçırmışdır. Bilməyərəkdən və ya qəsdən uşağa yedizidirlmiş haram tikə, uşağın gözü qarşısında edilmiş haram əməl, uşağın oturub-durduğu dostlar, qatıldığı cəmiyyət onun imanına mənfi təsir göstərə bilər.

Mənbə:İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2017  12:48 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!