|
• DünyadaTürkiyə Diyanət Naziri Gülənin inanca dair azdırıcı sözləri ilə bağlı hesabat yayıb ( VİDEO)Türkiyə Diyanət İşləri İdarəsi FETÖ terror təşkilatının lideri Fətullah Gülənin islamla bağlı sözlərinə dair hesabat dərc edib. Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, idarənin rəsmi saytında xəbər verir ki, “Öz dilindən FETÖ din istismarı olaraq” adlı hesabat bir il ərzində işlənib hazırlanıb. F.Gülənin islam dininə vurduğu zərərlərlə bağlı təxminən 670 saatlıq audio və video çıxışların təhlili və türkcə nəşr olunmuş 80 kitabın təhlili əsasında hazırlanmış araşdırma olan sənəd Diyanət İşləri İdarəsinin sədri Mehmet Görmez tərəfindən ictimaiyyətə açıqlanıb. İdarənin mətbuat salonunda mediaya hesabatın nəticələrini təqdim edən M.Görmez çıxışının əvvəlində "əl-Əqsa" məscidi ətrafında baş verən son hadisələrə toxunub: “İslam ümmətinin ocaqlarının yandığı bir vaxtda, islam coğrafiyasının hər yerində qan axıdılarkən, "əl-Əqsa" hərəminə təcavüz edildiyi bir vaxtda 40 il ərzində haqq sifəti ilə ölkəmizə böyük zərərlər vuran, gənclərimizin imanlarına, düşüncələrinə, duyğularına sızan qruplaşmanın din istismarını təhlil etmək üçün qarşınızda olmaqdan böyük iztirab duyduğumu bildirmək istəyirəm." M.Görmez daha sonra FETÖ-nün “Sızıntı” jurnalı ilə bağlı danışıb: “İdarəmizin Din İşləri Ali Şurası FETÖ liderinin və hərəkatının təfəkküründəki arxa planı aşkara çıxarıb. FETÖ-nün “Sızıntı” jurnalı, sadəcə, bir jurnalın adı deyil, bir hərəkatın və bir metodun adıdır. Bu, yalnız qurumlara, ölkələrə, müəssisələrə, dövlətlərə sızma hərəkatı deyil, bu, inanclara, düşüncələrə, qəlblərə, dəyərlərə sızma hərəkatıdır. FETÖ üslubunun əsas ünsürləri belədir: yanlış məlumatları doğru məlumatlarla qarışdıraraq vermək. Demək olar ki, hər bir çıxışda mütləq bir çaşdırıcı ifadə söz və ya sətirlər arasında gizlədilib. Məqsəd çoxmənalı ifadələr işlədərək, qarmaqarışıq teologiyanın meydana gətirilməsidir. Özünü nəzərdə tutduğu zaman üçüncü şəxs barəsində danışmaq, təkəbbürünü təvazökarlıq kimi qələmə vermək, insanların etimad göstərdikləri şəxsləri maraqları üçün şahid göstərmək, bütün çıxışlarında teatr səhnəsi qurmaq, deyəcəyi şeylərə legitimlik donu geyindirmək üçün əvvəlcədən buna zəmin hazırlamaq. Mənfəəti gündəmdə olduqda bütün bunlar F.Gülən tərəfindən məharətlə istifadə olunub. Necə başqa təqiyyə üslubları ilə qurumlara, dövlətlərə sızıblar, eyni sözlərlə insanların beyinlərinə, zehinlərinə, inanclarına və dəyərlərinə sızıblar."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyul, 2017 12:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |