|
• DünyadaTezliklə Səudiyyə, Qətər, İordaniya və Bəhreyn diktaturlarına da növbə çatacaqAyətullahul-Üzma Şeyx Nuri Həmədani İranın Sistan və Bəlucistan əyalətindən bir qrup qadınları qəbul edib. Ayətullah Nuri Həmədani görüş zamanı bölgədə baş verən proseslərdən danışaraq deyib ki, Yəmən prezidenti də qaçıb getdi. Tezliklə növbə Səudiyyə, Qətər, İordaniya, Bəhreyn və b. diktaturlara da çatacaq. Ayətullah Nuri Həmədani deyib ki, bölgədə hal-hazırda İslami oyanış baş verməkdədir. Və müsəlman ölkələrində yaşayan camaat imperialistlərlə əlbir olan diktator rəhbərlərini süquta yetirməkdədirlər. O deyib ki, bu gün müsəlmanlar gərək ağıl və düşüncə ilə addım atsınlar və dünyada baş verən hadisələri düzgün qiymətləndirsinlər. Mərcei-təqlid deyib ki, artıq neçə illərdir ki, düşmənlər siyasəti dindən ayırmaqla, Quran və Əhli-Beyti(ə) müsəlmanların əlindən almaqla və İslam dinini varlıların himayəçisi kimi təqdim etməklə özləri ərəb ölkələrində ağalıq edir və həmin ölkələrin sərvətlərini mənimsəyirlər. ABŞ-da da camaatın kapitalist rejimə qarşı etiraz aksiyaları keçirdiyinə işarə edən mərcei-təqlid deyib ki, əgər onlar İslamın göstərişlərinə əməl etsələr qalib olarlar. Çünki İslam dini bütün suallara və problemlərə cavab verən bir dindir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2012 06:09 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |