|
• Dünyadaİranda “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş 5 film nümayiş etdiriləcəkİranda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 4-də İranın İncəsənət Akademiyasında ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotosərgi açılıb. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə,sərginin açılışında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İrandakı səfirimiz Bünyad Hüseynov, İranın mədəniyyət və islam irşad nazirinin müavini Əli Muradxanlı, İncəsənət Akademiyasının rektoru Əli Muəllim və digər rəsmi şəxslər, eləcə də ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Ə.Qarayev qeyd etdi ki, fotosərginin məqsədi İran ictimaiyyətini Azərbaycanın tarixi və müasir dövrü ilə tanış etməkdən ibarətdir. Nəzərə çatdırılıb ki, Azərbaycan tarixi inkişaf prosesində bir sıra mərhələlərdən keçib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dini və tarixi abidələr bərpa edilərək xalqın istifadəsinə verilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirərək Azərbaycanda geniş quruculuq işləri aparır. Azərbaycan Prezidentinin siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür ki, bu da dayanıqlı inkişafa böyük zəmin yaradıb. Sonra fotosərginin aşılısı oldu. Sərgidə Azərbaycanın tarixi və dini abidələri, məscidləri, neft sənayesi, mədəniyyəti, turizm potensialı fotolarda əks olunaraq nümayiş etdirilib. Fotosərgi ziyarətçilər tərəfindən maraqla qarşılandı. Həmin gün Tehranın “Arasbaran” Mədəniyyət Mərkəzində Azərbaycan filmləri həftəsi başlayıb. Tehranlı kinosevərlərə 5 gün ərzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş 5 film nümayiş etdiriləcək. Azərbaycan filmləri həftəsi “Nabat” filminin nümayişi ilə başlayıb. Bundan başqa “Dərs”, Yarımçıq xatirələr”, “Buta” və “Çölçü” filmləri də nümayiş olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2017 18:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |