إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ÖNSİAD rəhbəri: Dəyərlərimizin təməli olan islamın iqtisadi təlimlərinə qayıtmalıyıq

Önder İş Dünyası Sanayici ve İş Adamları Derneği (ÖNSİAD) rəhbəri Rasim Erdoğmuş bütün dünyada islam iqtisadiyyatının yüksəlişə doğru getdiyini bildirib. O, qardaş Türkiyədə də sözügedən sahəyə getdikcə artmaqda olan marağı nəzərə alaraq, mövzu ilə bağlı bir sıra açıqlamalar edib.

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Salamnews "Business Ankara"ya istinadla xəbər verib.

“Türkiyə bu fürsəti əldən verməməlidir.İstanbul islam iqtisadiyyatının mərkəzi olmalıdır.

Kapitalist sistemi davamlı sistem deyil və mütəmadi olaraq müəyyən dövrlərdə böhranlarla üzləşir. Bu risk getdikcə artmaqdır. Bu səbəblə Qərb çoxdan islam iqtisadiyyatına doğru yönəlib.

İngiltərə, Lüksemburq, Honq Konq və Hollandiya kimi ölkələr islam maliyyəsinin mühüm mərkəzləri olmaq üçün ciddi addımlar atır. Halbuki dəyərlərimizin təməli olan islamın iqtisadi təlimlərinə qayıtmalı, bu təlimlərə üz tutmalı və İstanbulu bütün dünyanın təqib etdiyi islam iqtisadiyyatının mərkəzinə çevirməliyik.” - ÖNSİAD rəhbəri söyləyib.

İslam sisteminə uyğun iqtisadi icraatlarla bağlı Türkiyədə mühüm tədbirlərin görüldüyünü, ancaq bunların kifayət etmədiyini vurğulayan R.Erdoğmuş deyib:

“Universitetlərimizdə müəssisə iqtisadiyyatı və iqtisad fakültələrində islam iqtisadiyyatı və faizsiz bankçılıq, ilahiyyat fakültələrində isə iqtisadiyyat və maliyyə sahələrində dərslər verilir.

İnvestisiya Fondu İslam İpoteka Fondunun qurulması ilə bağlı mühüm işlərə başlayıb. Köklü fürsətlərimizdən bəhrələnərək dünyanın islam maliyyəsi mərkəzinə çevrilə bilməsi üçün sürətlə düzgün addımlar atmalıyıq."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2017  11:37 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!