إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD-dən Palmira şəhərinə yeni hücum - Yüzdən çox terrorçu məhv edildi

Rusiya Müdafiə Nazirliyindəki mənbə keçirilmiş əməliyyat haqda açıqlama verilib.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə RiaNovosti məlumat yayıb.

Xəbərə əsasən, Rusiya aviasiyası İŞİD terror təşkilatının 120-dən çox üzvünü və 32 “pikapını” məhv edib. Terrorçular Suriyanın Raqqa şəhərindən Palmira istiqamətində hərəkət edirdilər.

“May ayının 25-i Palmiraya doğru hərəkət edən terrorçuların 39 silahlanmış “pikapdan” ibarət avtokarvanı Rusiya Hərbi-Kosmik Qüvvələri (HKQ) tərəfindən aşkar edilərək məhv edilib.”, - deyə Rusiya Müdafiə Nazirliyindəki mənbədən bildiriblər.

Bildirilir ki, “pikapların” üzərinə iriçaplı pulemyotlar quraşdırılmışdı.

Mənbədən qeyd ediblər ki, İŞİD “Suriya Demokratik Qüvvələrinin” tərkibindəki kürd dəstələri ilə razılıq əldə etmişdilər. Həmin razılığa əsasən terrorçuların mühasirə altındakı Raqqa şəhərini maneəsiz şəkildə tərk edərək Palmira istiqamətində gedə bilmələri üçün “cənub dəhlizinin” açılması nəzərdə tutulmuşdu.  Lakin HKQ bu manevrin qarşısını ala bilib.

Hazırda Rusiyaya aid PUA-la bütün sutka boyu terrorçuların Raqqadan çıxa biləcəyi yollara nəzarət edirlər. Terrorçuların məhv edilməsi əməliyyatına HKQ-ın təyyarə və vertolyotları ilə yanaşı xüsusi təyinatlı qüvvələr də cəlb edilib.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2017  11:34 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!