|
• DünyadaNATO koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarında iştirak etməyəcəkNATO İŞİD terror qruplaşması ilə mübarizə koalisiyasına formal olaraq qoşulub. Bu o demək deyil ki, NATO koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarında iştirak edəcək. Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. “Biz, NATO 28 üzv dövlətin iştirakı ilə koalisiyanın üzvü olmasına dair razılığa gəldik. Bu o demək deyil ki, biz koalisiyaya üzv olmaqla hərbi əməliyyatlarda iştirak edəcəyik”, - deyə Stoltenberq qeyd edib. “Bu, təlim və müdafiə qabiliyyətinin möhkəmlənməsi üzrə əlaqələndirilmə də daxil olmaqla, NATO-nun siyasi müzakirələrdə iştirak etməsinə imkan yaradacaq. Biz İraq hərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik. NATO-nun təlimi sayəsində partlayıcı qurğuları zərərsizləşdirməyi bacaran İraq hərbçiləri bacarıqlarını artıq Mosul uğrunda döyüşlərdə tətbiq edirlər”, - deyə baş katib bildirib. Stoltenberq bundan əvvəl NATO-nun əməliyyatlarda iştirak etməyəcəyini dəfələrlə bəyan edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 May, 2017 12:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |