|
• DünyadaBƏƏ-də Ramazan ayı ilə əlaqədar iş günü qısaldılacaqRamazan ayında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) iş günü nəzərəçarpacaq dərəcədə qısaldılacaq. Bu, həm dövlət, həm də özəl sektoru əhatə edəcək. Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, müvafiq sərəncam ölkənin Federal Əmək Resursları İdarəsi tərəfindən dərc edilib. Bəyanata əsasən, müxtəlif nazirliklərin və digər dövlət müəssisələrinin əməkdaşları Ramazan ayı boyu iki dəfə daha az işləyəcəklər, belə ki, onların iş günü 9.00-dan 14.00-a qədər davam edəcək. BƏƏ-də özəl sektorda iş günü iki saat azaldılacaq. İş vaxtının azaldılmasının əmək haqqına heç bir təsiri olmayacaq. Bildirək ki, bu il Ramazan ayı mayın 27-də başlayacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2017 14:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |