25 May, 2017
BƏƏ-də Ramazan ayı ilə əlaqədar iş günü qısaldılacaq

Ramazan ayında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) iş günü nəzərəçarpacaq dərəcədə qısaldılacaq. Bu, həm dövlət, həm də özəl sektoru əhatə edəcək.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, müvafiq sərəncam ölkənin Federal Əmək Resursları İdarəsi tərəfindən dərc edilib.

Bəyanata əsasən, müxtəlif nazirliklərin və digər dövlət müəssisələrinin əməkdaşları Ramazan ayı boyu iki dəfə daha az işləyəcəklər, belə ki, onların iş günü 9.00-dan 14.00-a qədər davam edəcək.

BƏƏ-də özəl sektorda iş günü iki saat azaldılacaq. İş vaxtının azaldılmasının əmək haqqına heç bir təsiri olmayacaq.

Bildirək ki, bu il Ramazan ayı mayın 27-də başlayacaq.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6880.html