إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Əgər insan aləmə ibrət gözü ilə baxarsa..

«Bu axirət mənzilidir. Onu yer üzündə azğınlıq, tüğyan etmək istəməyənlər üçün sabit etmişik və xeyirli aqibət təqva sahiblərinindir» (Qəsəs-83)

Aləm və onda olan hər bir şey, bütün hadisələr, ilin dövrü, ömrün və gecə-gündüzün keçməsi, yer və göy, yoxsulluq və varlılıq, sağlamlıq və xəstəlik, cavanlıq və qocalıq, həyat və ölüm, zillət və izzət, bütün gördüklərimiz, hər hansı bir şeyin vücuda gəlməsi və boya-başa çatması, ölümə qədər olan dəyişikliklərin hər biri öyüd və nəsihətdir.

Əgər insan aləmə ibrət gözü ilə baxarsa dünyanın zahirinə diqqət yetirməklə onun batini haqda düşünərsə, şübhəsiz öz vücudunda oyanış hiss edə

Hər bir müsəlman Allaha tərəf gedir, amma bu hərəkətdə onlar dərəcə və rütbəcə fərqlənirlər. İnsan Allah və şəriət göstərişlərinə diqqətli olduqca daha çox müvəffəqiyyətə çatır.

İbadət təlimləri, namaz, həcc, oruc, dua, Quran oxumaq, gecə namazı, nafilələrə diqqət, cümə gününün və gecəsinin ibadətləri, qeybət və yalanın tərki, nəfs ilə hesab, bəndələrin ehtiyacını ödəmək, ata-anaya yaxşılıq, qohum-əqrabanı yoxlamaq, qonşuya yaxşılıq, əmanətdarlıq, alimlərlə ünsiyyətdə olmaq, tövbəni təzələmək, təkbir, təhmid, təsbih, təhlil zikrləri, xalqla xoş rəftar, insanları yaxşıya dəvət edib, pisdən çəkindirmək, din qardaşlarının hüquqlarına riayət, bədən üzvlərini günahlardan qorumaq, hətta şübhəli işlərdən çəkinmək, yaranışda Allahın qüdrət və əzəmətini düşünmək, Qurani-məciddə bəyan olunmuş dağlar və dənizlərə, böyük və kiçik mövcudata ibrət gözü ilə baxmaq – bütün bu sadalananlar Allaha tərəf hərəkətdir.

Bu hərəkətin qayda-qanunları dua kitabları, risalələr, Quranın təfsirləri və hədis kitablarında göstərilmişdir.

Xülasə, bütün müsəlmanlar beş namaz vaxtı Allaha tərəf səfərdədirlər. Qadın öz evdarlığı və şəri vəzifələrini yerinə yetirməklə, kişi alın təri ilə ruzi qazanmaqla uyğun səfərdə ola bilər. Lakin «...qafillərdən olma...» (Əraf-205)ayəsinə əməl edilməlidir. Bütün bu əməllərdə Allahın razılığı gözlənilməli, Allah unudulmamalıdır.

İslam təlimlərinin bərəkətindən yol açıqdır. Hətta günahlar yolu bağladıqda belə, tövbə ilə yenidən açılır.

Quran bütün qaranlıqları işıqlandırası bir nurdur. Əgər ərəb dili ilə tanışlığınız yoxdursa, düzgün tərcümələrdən istifadə edin. Quranla yanaşı həzrət Peyğəmbərin (s) moizə və nəsihətlərini, "Nəhcül-bəlağədən" həzrət Əlinin (ə) xütbələrini, Quranın həqiqi şərhçilərinin nəsihətləri mütaliə edilməlidir.

Tövsiyyələrdə qeyd olunur ki,imkan həddində mömin bacı və qardaşlarınızın hüququna riayət edin. Zəif təbəqələrin ehtiyacını ödəməyə çalışın. Cəmiyyəti, dini yığıncaqları tərk etməyin.

Yaxşıya dəvəti, pisdən çəkindirməni tərk edən, cəmiyyətdən uzaqlaşıb bir güncdə oturan adamlar yol göstərə bilməzlər. Yola bələd Əhli-beyt məktəbinin şagirdləri və alimləridir.

Hər bir kəs əvvəl vaxtda namaz qılmaqla, dilini qorumaqla, deyilən proqramlara baxmaqla Allaha tərəf getsə, Ona yaxın olar.

Öz şəxsi əməl və hesabınızın mühasibəsində alverdə şəriklərin hesabında olduğundan da ciddi olun. Hədisdə buyurulur: «Hər kəs özü ilə gündəlik hesabat aparmasa, bizdən deyil.» Əgər hesabatdan yaxşı iş alınsa, Allah bu şəxsin həmin işlərini artırar. Əksinə, günah iş alınsa, həmin şəxs tövbə edib, Allahdan bağışlanmaq istəməlidir. (Kuleyni "Kafi" 2-ci cild).

"Yerləri və göylərin yaranışı haqqında düşün – Pərvərdigara bunları əbəs yerə yaratmamısan" (Ali-İmran-191)

Bu aləminin nümunə və hidayətçisi Bəqiyyətullah - Həzrəti Mehdi(ə.f) ilə rabitə qorunmalı, Onun hakimiyyəti altında olduğumuzu, ona rəiyyət olduğumuzu unutmamalıyıq. İşlərimizi bacardıqca onların öhdəsinə qoyaq, onların ali məqsədlərinə itaət edək. O həzrətin (imam Zaman (əc.)) zühurunun intizarını çəkənləri, onun dostlarını sevək.

Qurani-Kərim buyurur:

"Yolumuzda çalışanları bu yola hidayət edərik və Allah yaxşı iş görənlərlədir" (Ənkəbut-69)

 

Ayətullah Safi Gülpayqani

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2017  11:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!