|
• DünyadaTürkiyədə əmmaməli və hicablı uşaqların olduğu bağça barədə istintaq başladılıbTürkiyənin Uşak şəhərində 4-6 yaş arası uşaqlara təhsil verən özəl uşaq bağçası və gündüz baxım evi barəsində cinayət işi açılıb. 4- 6 yaş arasındakı uşaqların əmmaməli, sarıqlı və hicablı fotoları ilə məsciddə imamın arxasında namaza dayandıqları fotoşəkilləri istintaqın əsası olub. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə "Milli Gazete"-nin məlumatında bildirilib. Məlumata görə, Uşak Ailə və Sosial Siyasətlər İl İdarəsi 4- 6 yaş arasındakı uşaqların əmmaməli, sarıqlı və hicablı fotoları ilə məsciddə imamın arxasında namaza dayandıqları fotoşəkilləri sosial şəbəkə saytında paylaşan özəl uşaq bağçası və gündüz baxım evi haqqında istintaq başladıb.
Türkiyə daxilində fəaliyyət göstərən bir vəqfin sahibi olduğu Uşak şəhər mərkəzindəki özəl uşaq bağçası və gündüz baxım evi Facebook səhifəsində 4- 6 yaş qrupundakı uşaqların məscid ziyarətinə dair fotoları paylaşıb. Oğlan və qız uşaqlarının sarıqlı, araqçınlı, hicablılı və s. milli-dini paltarlı fotoları ilə məsciddə imamın arxasında namaza dayandıqları fotoşəkilləri müəyyən bir təbəqəni narahat edib.
Uşak Ailə və Sosial Siyasətlər İl İdarəsi uşaqların üzərindəki paltarlar və bunun sosial mediada paylaşılmasından cavabdeh hesab etdiyi uşaq bağçası və gündüz baxım evi haqqında istintaq başladıb. Özəl uşaq bağçası və gündüz baxım evində "hələ ki, qələm tutmağı bilməyən uşaqlara dini təhsil adı altında belə paltarlar geyindirildiyini",- deyən "Eğitm-Sen Uşak Şöbə rəhbəri Burak Yavaş bunu edənlərin "şəriət həsrəti" içərisində olduğunu müdafiə edib.
"GEYİMLƏR ORTA ƏSR TƏFƏKKÜRLÜDÜR" Atatürkçü Düşüncə Dərnəyi Uşak Şöbə müdiri Arif Güvənir də uşaqların orta əsr təfəkkürü ilə maarifləndirilməsinin onları təəssüfləndiyini bildirərək, "İlk növbədə zehniyyəti dəyişdirərək, İslami həyatı hər kəsin öz vicdanında yaşaması lazım olduğu öyrədilməlidir. Uşaqların bir qisminə dünyəvi və elmi təhsil, bir qisminə də məzhəbi və dini təhsil veriləndə bu uşaqlar böyüdükdən sonra bir-birinə düşmən olar",- deyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2017 10:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |