إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

R.T.Ərdoğan: Qüds səmalarında azanın susdurulmasına icazə verməyəcəyik

Ümmətin ilk qibləsi,peyğəmbərlər şəhəri olan Qüds bütün müsəlmanların hərəmi-izzəti və namusudur.

Ahlibeyt.az-ın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə,bunu Beynəlxalq Qüds Vəqflər Forumunda çıxış edən Türiyə prezidenti R.T.Ərdoöan bildirib.

Məscidlərdə sübh azanının səsləndirilməsinin qarşısını alan qanun layihəsinin İsrail parlamentinə çıxarılması məsələsinə toxunan Türkiyə prezidenti bildirib ki, belə bir mövzunun gündəmə gəlməsi belə utancvericidir.

Rəcəb Tayyib Ərdoğan Fələstində İsrail tərəfindən məscidlərdə səs gücləndiricilər vasitəsi ilə azan verilməsini qadağan edən qanunu tənqid edib:

"Qüds üç dinin müqəddəs bir şəhəridir. Qüds eşqdir, həsrətdir,bəşəriyyətin gözünün nurudur. Qüds səmalarında azanın susdurulmasına icazə verməyəcəyik. Belə bir mövzunun gündəmə gəlməsi belə utancvericidir. Bizə hər fürsətdə din və vicdan azadlığından dəm vuranların bu mövzuda səssiz qalaraq addıma bəraət qazandırması anlaşılan deyil.Qüds bütün müsəlmanların namusudur. Qüdsə sahib çıxmaq hər bir müsəlmanın vəzifəsidir. Qüds mübarizəsi yalnız fələstinli qardaşlarımızın mübarizəsi deyil”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyə prezidenti bildirib ki,1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövləti qurulmalı, ancaq bunun üçün İsrailə təzyiq  göstərilməlidir.




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 May, 2017  16:18 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!