إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda təntənəli "Məbəs" bayramı - Foto

Rustavi şəhərində Hz. Məhəmməd Peyğəmbərin(s) miladi təqvimi ilə mövludu və hicri-qəməri tarixi ilə rəcəb ayının 27-si Peyğəmbərliyə yetişdiyi “Məbəs” bayramı  münasibəti ilə bayram tədbiri keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, bayram tədbiri çərçivəsində Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən reallaşdırılan “Sülh, Sevgi və Rəhmət Peyğəmbəri” adlı şeir müsabiqəsinə də yekun vurulub.

Hz.Məhəmməd Peyğəmbərin (s) mübarək Doğum günü münasibəti ilə üç ay öncə müsabiqənin şərtləri elan olunmuşdur. Müsabiqədə iştirak edən 40-dan artıq müəlifin qatıldığı yarışma böyük şeir müsabiqəsi olaraq yadda qaldı.

Mərasim Qurani-Kərimin oxunması ilə başladı.Araşdırmaçı-yazar Akif Xansultanlı giriş sözü çıxış edərək bu mərasimin Gürcüstan miqyasında son on ildə bir ilk olaraq düzənlənədiyini qeyd etdi. O, bildirdi ki, belə bir mötəbər məclisin baş tutmasında dini qurumların ortaq çalışması, ölkəmizdə məzhəbçiliyin, ayrıseçkiliyin olmamasına bariz nümunədir.

Açılş mərasimindən sonra söz Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ) şeyxi Hacı Ramin İgidova verildi. Şeyx çıxışında öncə Qurani-Kərimin ayələrində vurğulanan Hz.Peyğəmbərin (s) ümməti hesab olunan müsəlmanların hansı xüsusiyyətlərə malik olmaları haqda məlumat verdi.

O, təşkilatçı tərəf kimi İdarənin bu ideyanı nədən reallaşdırmaq istədiyini bildirərək qeyd edib ki, Uca Peyğəmbərimizin şəninə düzənlənən belə tədbirlər həm də, standart dini mərasim səviyyəsindən bir az da kənara çıxmalı, ölkəmizdə İslam dinin təbliğinə digər əyanı vasitələr qoşulmalı və ideya itiqamətlərinimiz təbliğatda yeni formaya keçməlidir.

Kürsüyə dəvət olunan İdarənin müftisi Hacı Yasin Əliyev də ədəbi aləmdə Məhəmməd Peygəmbərin vəsfinin din xadimlərindən kənarda şairlərə həvalə edilməsini alqışladı. O, bu yarışma bir ilk olduğundan bəzi qüsurlarımızın da ola biləcəyini bildirib qazanan qalibləri təbrik etdi.

Təbrikə qoşulan tədbirin digər təşkilatçısı Türkiyənin Gürcüstandakı Səfirliyinin dini müşaviri Nəbi Gümüş bəy də öz çıxışında dinimizin, sevgi, sülh mərhəmət dolu bir din oldugundan etraflı söhbət açdı. Dünyada baş verən siyasi təlatümlərin bilavasitə İslam dininə bağlanmasının yolverilməz olduğunu söylədi. Bundan sonra da Türkiyə Diyanət başkanlığı ilə Gürcüstan Müsəlmanlar idarəsinin bu ölkədə birgə çalışacağını vurğuladı.

Təbrik üçün söz verilən İran Mədəniyyət Mərkəzinin sədri Müctəba Kamranfərd Bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, müsabiqəyə qatılanlara uğurlar dilədi. Belə bir işin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib Uca Peyğəmbərimiz (s) və islam dini haqqında fikirlərini iştirakçılarla bölüşdü.

Rəsmi çıxışlar bitəndən sonra, qaliblərin adlarının açıqlanmasında, münsiflərin necə seçildiyi, hansı kriteryalarla 5 nəfərin birinci 10 nəfərin ikinci olduğu haqda şəffaf bir bilgi verən aparıcı A.Xansultanlı yarışmanın qaliblərini kürsüyə dəvət etdi.

Müsabiqəyə təqdim olunan şeirlərdən ibarət “Səni görmədən sevdik, Ya Rəsuləllah! Adlı ədəbi toplunun hədiyyə olunması da iştirakçıların böyük marağına səbəb oldu. Mərasim qaliblərə keramiklərin üzərində həkk olunmuş diplom lövhələr və pul mükafatları təqdim edilməsi, şeirlərin oxunması və Səid Həsənin ifasında ilahilərin dinlənilməsi ilə başa çatdı. Sonda iştirakçılar bayram süfrəsi ətrafında təəssüratlarını bölüşdülər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2017  14:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!