|
|
• Mənəviyyat • Rəcəb ayıBu axşam mübarək Məbəs gecəsi daxil olurBu axşam 2 aprel şam azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə Rəcəb ayının 27-i daxil olur Bu gecəyə Məbəs(Besət) gecəsi deyilir. Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Peyğəmbərin besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə "ucaltmaq", "qaldırmaq" mənasına gəlir. Termin olaraq isə besət, "Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir. 27 Rəcəb günü Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür. “Məbəs günü” İslamın zühur etdiyi gündür. İlahi vəhy, Qurani-Kərim həmin gündən etibarən Peyğəmbərə (s) nazil olmuşdur. Besətdən əvvəlki dövr olduqca qaranlıq, insanları küfr və azğınlıq içində idi. Həmin dövr, İslam tarixində “Cahiliyyə dövrü” adlanır. Allah Mütəalın insanlar içindən seçdiyi İlahi elçilərin-Peyğəmbərlərin buyuruqları, insanların hidayətindən ötrü gətirdikləri kitab və hikmət, sonradan unudulmuş, təhrifə məruz qalmışdı. Həmin dövrdə insanların Peyğəmbərlərdən üz çevirmələri, onların öz nəfsani istək və arzularına boyun əymələrinə və bu istək və arzulardan doğan fəsadlarla üzləşmələrinə səbəb olmuşdu. Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər. Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Muhəmməd peyğəmbərin (s.a.a.) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi. Məbəs gecəsi ilin ən fəzilətli gecələrindən, günü isə - ən fəzilətli günlərindəndir. İmam Cavaddan (ə) nəql olunur ki, bu gecənin ibadəti 60 il ibadətə bərabərdir. "Məbəs" bayramının gecəsi və gündüzünün əməlləri barədə əlavə məlumat verəcəyik. Məbəs gecəsi və günün barədə aşağdakı linkdən məlumat əldə edə bilərsiz http://ahlibeyt.az/news/a-6677.html Bu bayramın əməlləri barədə daha müfəssəl şəkildə Şeyx Abbas Qumminin “Məfatihul-Cinan” kitabından məlumat əldə edə bilərsiz.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Aprel, 2019 11:30 ⁄ Çap
Bu bölmədə2 Yanvar, 2026 Rəcəb 13;14;15 - “Əyyamul-bəyz” və onun əməlləri24 Dekabr, 2025 Rəcəb ayının ilk cümə gecəsi - “Leylətul-Rəğaib-Arzular gecəsi”nin fəzilət və əməlləri21 Dekabr, 2025 Mübarək Rəcəb ayı qeyd olunan əlamətdar günlər21 Dekabr, 2025 Mübarək Rəcəb ayının əməlləri28 Yanvar, 2025 Bu gün İslam dünyası müqəddəs “Məbəs” bayramını qeyd edir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |