إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu axşam “Əyyamul-bəyz” gecələri daxil olur

Bu axşam 24 Yanvar - məğrib azanı zamanı “Əyyamul-bəyz” (İşıqlı günlər) adlanan fəzilətli günlər daxil olur.

Hədis və rəvayətlərdə bu gecələri ibadətdə keçirməyin əhəmiyyəti xüsusi vurğulanır.

İslam Peyğəmbərindən(s) nəql olunan bir hədisdə buyurulur: “Hər kim Rəcəb ayının ortalarında üç gün oruc tutsa və gecələri ibadətlə keçirsə, “xalis tövbə” ilə dünyadan köçər.”

“Əyyamul-bəyz" 3 gün davam edir – bu günlər qəməri təqvimi ilə Rəcəb ayının 13 -14 -15-nə təsadüf edir. Bu üç günün gecəsində ay bütöv, nurlu və işıqlı olduğu üçün həmin günlərə “işıqlı günlər” adı verilmişdir.

İmam Sadiqdən(ə) nəql olunur: “Kim Rəcəb ayının 13, 14 və 15-ci günlərində oruc tutsa və gecələri ibadətlə keçirsə, Allah-Taala ona hər bir gün üçün bir il oruc və ibadətin savabını yazar, qiyamət günü cəhənnəm odundan xilas olanların cərgəsində yer verər.” (“Misbahul-mutəhəccid” Şeyx Tusi 2/820)

Hər üç gündə oruc tutmaq, qüsl almaq və sədəqə vermək tövsiyə olunur.

“Əyyamul-bəyz” birinci gecəsi(Rəcəbin 13-ü) iki rükət namaz qılmaq tövsiyə olunur:

Hər rükətdə “Fatihə”dən sonra “Ya sin” və “Mulk” surələri oxunmalıdır.“Əyyamul-bəyz”in ikinci gecəsi eyni qaydada dörd rükət (iki rükətli iki namaz), üçüncü gecəsi isə eyni tərzdə 6 rükətli (iki rükətli 3 namaz) namaz qılınması tövsiyyə olunur.

İmam Sadiq(ə) buyurur ki, hər kim "Əyyamul bəyz"-ə əməl edərsə bütün bu ayı dərk etmiş olar və şirkdən başqa bütün günahları bağışlanar. Bu günləri oruc tutmaq da bəyənilir.

Rəcəb ayının 13-ü Hz.Əlinin(ə) mübarək mövlud günüdür. Həmin gün İmamı(ə) ziyarət etmək, ona hədiyyə namazı qılmaq bəyənilən əməllərdəndir.

On beşinci gecə və on beşinci gün:

- Qüsl almaq

- Əhya saxlamaq

- İmam Hüseynin(ə) ziyarətnaməsini oxumaq,

- Salman Farsinin namazını qılmaq,

- Ummu Davud duasını oxumaq müstəhəbdir.

Salman Farsinin namazı: bu namaz on rükətdir (5 iki rikətli namaz şəklində qılınır). Hər rükətdə “Həmd” surəsini oxuduqdan sonra üç dəfə “İxlas” və üç dəfə “Kafirun” surələri oxunsun və hər salamdan sonra əllər göyə qaldırılıb deyilsin:

La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumit, və huvə həyyun la yəmut, bəyədihil xəyru və huvə əla kulli şəy`in qədir.

“Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir.”

Sonra deyilsin:

Əllahummə la maniə lima ə`təytə, və la mu`tiə lima mənə`tə, və la yənfəu zəl-cəddi minkəl cədd.

“İlahi, əta etməyinə heç bir maneə yoxdur, əta edən bir şəxs də yoxdur ki, Sən ona mane olasan və çalışan şəxsin çalışqanlığı onu Səndən ehtiyacsız etməz!”

Sonra əllər üzə çəkilsin.

“Ümmü-Davud” duasını oxumaq bu günün əsas əməllərindən say‎ılı‎r. Bu dua hacətlərin rəva olunması, çətinliklərin aradan qald‎ırı‎lmas‎ı və zalımların zülmündən amanda qalmaq üçün təsirlidir. Kəfəmi “Misbah” kitabında yazı‎r: “Rəcəb ayının 13, 14 və 15-ci günlərini oruc tutduqdan sonra 15-ci gün günorta namazı‎na yaxı‎n qüsl et, günorta və ikindi namazlarından‎ sonra üzü qibləyə “Həmd” surəsini yüz dəfə, “İxlas” surəsini yüz dəfə, ”Ayətül-kürsi”ni on dəfə oxuduqdan sonra üzü qibləyə Ummü-Davud duas‎ını‎ oxuyursan.

Ummu-Davud duası belədir:

Sədəqəllahul əzimulləzi la ilahə illa huvəl həyyul qəyyum, zul cəlali vəl ikram, ər-rəhmanur-rəhimul həlimul kərimulləzi ləysə kəmislihi şəy`, və huvəs-səmiul bəsirul xəbir, şəhidəllahu ənnəhu la ilahə illa hu, vəl məlaikətu və ulul ilmi qaimən bil qist, la ilahə illa huvəl əzizul həkim, və bəlləğət rusuluhul kiram, və ənə əla zalikə minəş-şahidin. Əllahummə ləkəl həmdu və ləkəl məcdu və ləkəl izzu və ləkəl fəxr, və ləkəl qəhru və ləkən ni`mətu və ləkəl əzəməh, və ləkər-rəhmətu və ləkəl məhabətu və ləkəs-sultan, və ləkəl bəhau və ləkəl imtinan, və ləkət-təsbihu və ləkət-təqdisu və ləkət-təhlilu və ləkət-təkbir, və ləkə ma yura və ləkə ma la yura və ləkə ma fəvqəs-səmavatil ula, və ləkə ma təhtəs-səra və ləkəl ərəzunəs-sufla, və ləkəl axirətu vəl u`la, və ləkə ma tərza bihi minəs-sənai vəl həmdi vəş-şukri vən nə`ma. Əllahummə səlli əla Cəbrəilə əminikə əla vəhyikə vəl qəviyyi əla əmrik, vəl mutai fi səmavatik, və məhalli kəramatikəl mutəhəmmili likəlimatikən nasiri liənbiyaikəl mudəmmiri liə`daik. Əllahummə səlli əla Mikailə mələki rəhmətik, vəl məxluqi lirə`fətikə vəl mustəğfiril muini liəhli taətik. Əllahummə səlli əla İsrafilə hamili ərşikə və sahibis-suril muntəzir, liəmrikəl vəcilil muşfiqi min xifətik. Əllahummə səlli əla həmələtil ərşit tahirin, və ələs səfərətil kiramil bərərətit təyyibin, və əla məlaikətikəl kiramil katibin, və əla məlaikətil cinani və xəzənətin nirani və mələkil məvti vəl ə`van, ya zəl cəlali vəl ikram. Əllahummə səlli əla əbina Adəmə bədiə fitrətikəlləzi kərrəmtəhu bisucudi məlaikətikə və cənnətək. Əllahummə səlli əla ummina Həvvaəl mutəhhərəti minər ricsil musəffati minəd dənəsil mufəzzələh, minəl insil mutərəddidəti bəynə məhallil qudsi. Əllahummə səlli əla Habilə və şəysin və İdrisə və Nuhin və Hudin və Salih, və İbrahimə və İsmailə və İshaqə və Yə`qubə və Yusufə vəl Əsbat, və Lutin və şuəybin və Əyyubə və Musa və Harunə və Yuşəə və Mişa vəl Xizr, və Zil qərnəyni və Yunusə və İlyasə vəl Yəsəə və Zil kifli və Talutə və Davud, və Suləymanə və Zəkəriyya və şə`ya və Yəhya, və Turəxə və Mətta və İrmiya və Həyquq, və Daniyalə və Uzəyrin və İsa və şəm`un, və Circisə vəl həvariyyinə vəl ətba, və Xalidin və Hənzələtə və Luqman. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vərhəm Muhəmmədən və ali Muhəmməd, və barik əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə və rəhimtə və barəktə əla İbrahimə və ali İbrahim, innəkə həmidun məcid. Əllahummə səlli ələl əvsiyai vəs suədai vəş şuhəda, və əimmətil huda. Əllahummə səlli ələl əbdali vəl əvtadi vəs suyyahi vəl ubbadi vəl muxlisinə vəz zuhad, və əhlil ciddi vəl ictihad, vəxsus Muhəmmədən və əhlə bəytihi biəfzəli sələvatik, və əczəli kəramatik, və bəlliğ ruhəhu və cəsədəhu minni təhiyyətən və səlama, və zidhu fəzlən və şərəfən və kərəma, hətta tubəlliğəhu ə`la dərəcati əhliş şərəfi minən nəbiyyinə vəl mursəlin, vəl əfazilil muqərrəbin. Əllahummə səlli əla mən səmməytu və mən ləm usəmmi min məlaikətikə və ənbiyaik, və rusulikə və əhli taətik, və əvsil sələvati iləyhim və ila ərvahihim, vəc`əlhum ixvani fikə və ə`vani əla duaik. Əllahummə inni əstəşfiu bikə iləykə və bikərəmikə ila kərəmikə və bicudikə ila cudik, və birəhmətikə ila rəhmətik, və biəhli taətikə iləyk, və əs`əlukəllahummə bikulli ma səələkə bihi əhədun minhum, min məs`ələtin şərifətin ğəyri mərdudəh, və bima dəəvkə bihi min də`vətin mucabətin ğəyri muxəyyəbəh, ya Əllahu ya Rəhmanu ya Rəhimu ya Həlimu ya Kərim, ya Əzimu ya Cəlilu ya Munilu ya Cəmilu ya Kəfil, ya Vəkilu ya Muqilu ya Muciru ya Xəbiru ya Munir, ya Mubiru ya Məniu ya Mudilu ya Muhilu ya Kəbir, ya Qədiru ya Bəsiru ya şəkuru ya Bərru ya Tuhr, ya Tahiru ya Qahiru ya Zahiru ya Batinu ya Satir, ya Muhitu ya Muqtəridu ya Həfizu ya Mutəcəbbiru ya Qərib, ya Vədudu ya Həmidu ya Məcidu ya Mubdiyyu ya Muid, ya şəhidu ya Muhsinu ya Mucmilu ya Mun`imu ya Mufzil, ya Qabizu ya Basitu ya Hadi ya Mursilu ya Murşid, ya Musəddidu ya Mu`ti ya Maniu ya Dafiu ya Rafi, ya Baqi ya Vaqi ya Xəllaqu ya Vəhhabu ya Təvvab, ya Fəttahu ya Nəffahu ya Murtah, ya mən biyədihi kullu miftah, ya Nəffau ya Rəufu ya Ətufu ya Kafi ya şafi, ya Muafi ya Mukafi ya Vəfiyyu ya Muhəymin, ya Əzizu ya Cəbbaru ya Mutəkəbbiru ya Səlamu ya Mu`min, ya Əhədu ya Səmədu ya Nuru ya Mudəbbiru ya Fərd, ya Vitru ya Quddusu ya Nasiru ya Munisu ya Bais, ya Varisu ya Alimu ya Hakimu ya Badi ya Mutəal, ya Musəvviru ya Musəllimu ya Mutəhəbbibu ya Qaimu ya Daim, ya Əlimu ya Həkimu ya Cəvadu ya Bariu ya Barr, ya Sarrun ya Ədlun ya Fasilu ya Dəyyanu ya Hənnan, ya Mənnanu ya Səmiu ya Bədiu ya Xəfiru ya Muğəyyir, ya Naşiru ya Ğafiru ya Qədimu ya Musəhhilu ya Muyəssir, ya Mumitu ya Muhyi ya Nafiu ya Raziqu ya Muqtədir, ya Musəbbibu ya Muğisu ya Muğni ya Muqni ya Xaliq, ya Rasidu ya Vahidu ya Haziru ya Cabiru ya Hafiz, ya şədidu ya Ğiyasu ya Aidu ya Qabiz, ya mən əla fəstə`la fəkanə bil mənzəril ə`la, ya mən qərubə fədəna və bəudə fənəa, və əliməs sirrə və əxfa, ya mər iləyhit tədbiru və ləhul məqadir, və ya mənil əsiru ələyhi səhlun yəsir, ya mən huvə əla ma yəşau qədir, ya mursilər riyahi ya faliqəl isbah, ya baisul ərvahi ya zəl cudi vəs səmah, ya raddə ma qəd fat, ya naşirəl əmvatu ya camiəş şətat, ya raziqə mən yəşau biğəyri hisab, və ya failə ma yəşau kəyfə yəşa, və ya zəl cəlali vəl ikram, ya həyyu ya qəyyum, ya həyyən hinə la həyy, ya həyyu ya muhyiəl məvta, ya həyyu la ilahə illa əntə bədius səmavati vəl ərz, ya ilahi və səyyidi səlli əla Muhəmmədin və ali Muhəmməd, vərhəm Muhəmmədən və alə Muhəmməd, və barik əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə və barəktə və rahimtə (tərəhhəmtə) əla İbrahimə və ali İbrahim, innəkə həmidun məcid, vərhəm zulli və faqəti və fəqri vənfiradi və vəhdəti, və xuzui bəynə yədəykə və`timadi ələyk, və təzərrui ilək, əd`ukə duaəl xaziiz zəlilil xaşiil xaifil muşfiqil bais, əl məhinil həqiril caiil fəqiril aizil mustəciril muqirri bizənbih, əl mustəğfiri minhul mustəkini lirəbbih, duaə mən əsləmtəhu siqətuh (nəfsuh), və rəfəzəthu əhibbətuh, və əzumət fəciətuh, duaə həriqin həzinin zəifin məhinin baisin mustəkinin bikə mustəcir. Əllahummə və əs`əlukə biənnəkə məlik, və ənnəkə ma təşau min əmrin yəkun, və ənnəkə əla ma təşau qədir, və əs`əlukə bihurməti hazəş şəhril həram, vəl bəytil həram, vəl bələdil həram, vər rukni vəl məqam, vəl məşairil izam, və bihəqqi nəbiyyikə Muhəmmədin ələyhi və alihis səlam, ya mən vəhəbə li Adəmə şəysən və li İbrahimə İsmailə və İshaq, və ya mən rəddə Yusufə əla Yə`qub, və ya mən kəşəfə bə`dəl bəlai zurrə Əyyub, ya raddə Musa əla ummihi və zaidəl Xizri fi ilmih, və ya mən vəhəbə li Davudə Suləyman, və li Zəkəriyya Yəhya, və li Məryəmə İsa, ya hafizə bintə şuəyb, və ya kafilə vələdi ummi Musa (ən validətih), əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təğfirə li zunubi kulləha, və tucirəni min əzabikə və tucibə li rizvanək, və əmanəkə və ihsanəkə və ğufranəkə və cinanək, və əs`əlukə ən təfukkə ənni kullə həlqətin bəyni və bəynə mən yu`zini, və təftəhə li kullə babin və tuləyyinə li kullə sə`b, və tusəhhilə li kullə əsirən və tuxrisə ənni kullə natiqin bişərr, və təkuffə ənni kullə bağin və təkbitə (ənni) kullə əduvvin li və hasid, və təmnəə minni kullə zalim, və təkfiyəni kullə aiqin yəhulu bəyni və bəynə hacəti, və yuhavilu ən yufərriqə bəyni və bəynə taətik, və yusəbbitəni ən ibadətik, ya mən əlcəməl cinnəl mutəmərridin, və qəhərə utatəş şəyatini və əzəllə riqabəl mutəcəbbirin, və rəddə kəydəl mutəsəllitinə ənil mustəz`əfin, əs`əlukə biqudrətikə əla ma təşa, və təshilikə lima təşau kəyfə təşa, ən təc`ələ qəzaə hacəti fima təşa.

Sonra səcdəyə gedib deyirsən:

“Əllahummə ləkə səcədtu və bikə aməntu, fərhəm zəlli və faqəti vəctihadi, və təzərrui və məskənəti və fəqri iləykə ya rəbbi!

DUANIN TƏRCÜMƏSİ:

Böyük Allah doğru buyurmuşdur; o Allah ki, Ondan başqa heç bir tanrı yoxdur. O, diri, qəyyum, şövkət və kəramət sahibidir; bağışlayan, mehriban, həlim və kərimdir; Onun misli və tayı-bərabəri yoxdur. O, eşidən, bilən, görən və hər şeydən xəbərdardır. Allah şəhadət verir ki, Ondan başqa heç bir tanrı yoxdur. Mələklər və elm sahibləri də buna şəhadət verirlər. O ədaləti bərqərar edəndir. Ondan başqa heç bir tanrı yoxdur. O, izzət və hikmət sahibidir. Onun əziz elçiləri bunları çatdırdı və mən də onlara şəhadət verənlərdənəm. İlahi, həmd və böyüklük, izzət və fəxr, qəhr və nemət, əzəmət və rəhmət, heybət və hakimiyyət, ucalıq və bəxşiş, paklıq və müqəddəslik, yeganəlik və böyüklük, görünənlər və görünməyənlər, uca səmaların üstündə və yerin altında olanlar, aşağı yerlər, dünya və axirət, Sənin bəyəndiyin həmd, səna, şükür və nemətlər yalnız Sənə məxsusdur. İlahi, vəhyinin əmanətdarı, əmrinə itaətdə qüdrətli, səmalarında və kəramətinin nazil olduğu yerlərdə itaət olunan, kəlmələrini əxz edib qoruyan, peyğəmbərlərinə kömək edən, düşmənlərini həlak edən Cəbrailə salam yetir! İlahi, rəhmət mələyin, məhəbbətini (məxluqata) çatdırmaq üçün xəlq olunan və itaət əhli üçün məğfirət diləyən, onlara kömək edən Mikayıla salam yetir! İlahi, ərşini daşıyan, sur sahibi, əmrinin intizarında olan və Sənin xofundan qorxan İsrafilə salam yetir! İlahi, Sənin ərşini daşıyan pak-pakizə mələklərə, böyük və xeyirxah səfirlərə, (insanların əməllərini) yazan əziz mələklərinə, cənnət mələklərinə, cəhənnəmin keşikçilərinə, ölüm mələyinə və onun köməkçilərinə salam yetir, ey şövkət və ikram sahibi! İlahi, babamız Adəmə – misilsiz xilqətinə, mələklərin səcdə etməsi ilə ucaltdığın və cənnətini mübah etdiyin şəxsə salam yetir! İlahi, zahiri və batini çirkinliklərdən pak-pakizə, insanların fəzilətlisi, müqəddəs məkanlara gedib-gələn nənəmiz Həvvaya salam yetir! İlahi, Habil, Şeys, İdris, Nuh, Hud, Saleh, İbrahim, İsmail, İshaq, Yəqub, Yusif, Yəqubun övladları, Lut, Şüeyb, Əyyub, Musa, Harun, Yuşə, Mişa, Xızır, Zülqərneyn, Yunus, İlyas, Yəsə, Zulkifl, Talut, Davud, Süleyman, Zəkəriyya, Şəya, Yəhya, Turəx, Mətta, İrmiya, Həyquq, Danyal, Üzeyir, İsa, Şəmun, Circis, həvarilər və onların ardıcılları, Xalid, Hənzələ və Loğmana salam yetir! İlahi, İbrahim və onun övladlarına salam və rəhmət göndərdiyin və bərəkət verdiyin kimi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə də salam yetir, Muhəmməd və Muhəmmədin Əhli-beytinə rəhm et, Muhəmməd və Muhəmmədin Əhli-beytinə bərəkət ver! Həqiqətən, Sən, tərifəlayiq və böyüksən. İlahi, vəsilər, səadətlilər, şəhidlər və hidayət imamlarına salam yetir! İlahi, salehlər zümrəsinə, (cəmiyyəti islah edən) böyük şəxsiyyətlərə, Allah yolunun yolçularına (və yaxud oruc tutanlara), abidlərə, ixlaslı bəndələrə, zahidlərə və ictihad (rəy) sahiblərinə salam yetir! Ən fəzilətli salamlarını, ən dəyərli kəramətlərini Muhəmməd və Muhəmmədin Əhli-beytinə məxsus et və bizim tərəfimizdən də onun (pak) ruhu və cəsədinə salam və salavat göndər. Onun fəzilət, şərəf və kəramətini o qədər artır ki, (onu) şərəf əhlinin, peyğəmbərlərin, “mürsəl” peyğəmbərlərin, ən fəzilətli və Allah dərgahına ən yaxın bəndələrin ən yüksək dərəcəsinə çatdırasan. İlahi, Öz mələklərin, peyğəmbərlərin, “mürsəl” peyğəmbərlərin və itaət əhlindən adlarını çəkdiyim və çəkmədiyim şəxslərin hamısına salam yetir, mənim salamımı onlara və onların ruhlarına çatdır və onları Sənin yolunda mənə qardaş, Sənə dua etməkdə köməkçilərim təyin et! İlahi, mən Səni, Sənin Öz dərgahına, kərəmini Öz kərəminə, ehsanını Öz ehsanına, rəhmətini Öz rəhmətinə və Sənə itaət edənləri Sənə şəfaətçi (vasitəçi) edirəm. İlahi, onlardan hər birinin Səndən istədiyi şərəfli və rədd olunmayan, qəbul olunan və ümidləri üzməyən duasını (mən də) Səndən istəyirəm. Ey Allah, ey bağışlayan, ey mehriban, ey həlim, ey kərim, ey böyük, ey ulu, ey bəxşiş edən, ey gözəl, ey qəyyum, ey vəkil, ey güzəşt edən, ey pənah verən, ey hər bir şeydən xəbərdar olan, ey işıqlandıran, ey həlak edən, ey məqamı uca olan, ey idarə edən, ey əvəz edən, ey böyük, ey qadir, ey görən, ey şükür edənlərə savab verən, ey xeyirxah, ey pak, ey pakizə, ey qəhr edən, ey zahir, ey batin, ey günahları örtən, ey hər bir şeyə əhatəsi olan, ey iqtidar sahibi, ey qoruyan, ey (məxluqata) yaxın, ey mehriban, ey tərifəlayiq, ey şövkət sahibi, ey vücuda gətirən, ey qaytaran, ey şahid, ey ehsan edən, ey gözəllik verən, ey nemət verən, ey artıran, ey alan, ey genişləndirən, ey hidayət edən, ey göndərən, ey yolgöstərən, ey qüvvətləndirən, ey əta edən, ey qarşısını alan, ey dəf edən, ey ucaldan, ey baqi, ey saxlayan, ey yaradan, ey əvəzsiz bəxşiş edən, ey tövbələri qəbul edən, ey fəth edən, ey bağışlayan, ey fayda verən, ey hər bir işin açarı əlində olan, ey mənfəət verən, ey mehriban, ey şəfqətli, ey kifayət edən, ey şəfa edən, ey sağlamlıq verən, ey mükafat verən, ey vəfadar, ey qoruyan, ey izzət sahibi, ey qüdrət sahibi, ey təkəbbür sahibi, ey salam (sağlamlıq verən), ey əmin-amanlıq verən, ey bir olan, ey ehtiyacsız, ey nur, ey idarə edən, ey tək, ey yeganə, ey müqəddəs, ey yardım edən, ey munis, ey ölüləri qaldıran, ey bəndələrin varisi, ey alim, ey hakim, ey bələdçi, ey yüksək, ey (məxluqata) surət verən, ey sağlamlıq verən, ey dost, ey qaim, ey əbədi, ey hər şeyi bilən, ey hikmət sahibi, ey bəxşiş sahibi, ey yaradan, ey xeyirxah, ey şadlıq verən, ey adil, ey ayıran, ey cəza verən, ey nemət verən, ey əta edən, ey eşidən, ey yaradan, ey sığınacaq verən, ey kömək edən, (ey dəyişdirən,) ey nəşr edən, ey bağışlayan, ey qədim, ey asan tutan, ey asanlaşdıran, ey öldürən, ey dirildən, ey fayda verən, ey ruzi verən, ey iqtidar sahibi, ey səbəb salan, ey fəryada yetən, ey ehtiyacsız edən, ey var-dövlət verən, ey xaliq, ey gözətçi, ey bir olan, ey hazır, ey əvəz verən, ey qoruyan, ey möhkəm, ey fəryada yetən, ey sərvət verən, ey alan, ey məqamı yüksək olan və uca nəzər sahibi, ey yaxın və daha yaxın olan, ey uzaq və daha uzaq olan, ey gizli və aşkar işlərdən xəbərdar olan, ey işləri idarə edən, ey ölçülərin Ona məxsus olduğu və ey çətinliklərin Ona asan olduğu kəs, ey hər bir şeyə qadir olan, ey küləkləri göndərən, ey sübhləri açan, ey ruhları qaldıran, ey ehsan və bəxşiş sahibi, ey əldən çıxanları geri qaytaran, ey ölüləri dirildən, ey dağınıqları toplayan, ey istədiyinə saysız-hesabsız ruzi verən, ey istədiyini istədiyi kimi yerinə yetirən, ey şövkət və kəramət sahibi, ey diri, ey qəyyum, ey heç kimin diri olmadığı vaxt diri olan, ey ölüləri dirildən, ey Səndən başqa heç bir tanrı olmayan diri! Sən yerləri və göyləri yaradansan, ey mənim məbudum və mövlam, İbrahim və onun övladlarına salam, bərəkət və rəhmət göndərdiyin kimi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə də salam yetir, Muhəmməd və Muhəmmədin Əhli-beytinə də rəhm et, Muhəmməd və Muhəmmədin Əhli-beytinə də bərəkət ver! Həqiqətən, Sən tərifəlayiq və böyüksən. (İlahi,) mənim zəlil, əliboş, fəqir, yalqız, tək-tənhalığıma, Sənin dərgahındakı təvazökarlığıma, Sənə etimad və ah-nalə etməyimə rəhm et. Səni təvazökar, zəlil, təslim, qorxan, pərişan, dəyərsiz, kiçik, ac, fəqir, sığınacaq axtaran, günahlarını etiraf edən, Səndən məğfirət istəyən, Rəbbinin dərgahında ah-nalə edən bir bəndə və etimad etdiyi dostlarının vasitəsilə bəla və müsibətə düçar olan, dostlarından ayrılıb tək qalan və müsibətləri böyük olan bir şəxs kimi Səndən istəyir və qəm-qüssə içində yanan, zəif, zəlil, dəyərsiz, pərişan, kimsəsiz və Sənə sığınan bir kəsin duası kimi dua edirəm! İlahi, Səndən istəyirəm və həqiqətən, Sən maliksən, Sənin istədiyin hər bir iş (dərhal) vücuda gəlir, Sən istədiyin hər bir işə qadirsən. Səndən istəyirəm və Sənə and verirəm bu hörmətli (Rəcəb) ayını, hörmətli evini (Kəbəni), hörmətli şəhərini (Məkkəni), “Rükn” və “Məqam”ını və böyük şüar və məkanlarının haqqını! Sənə and verirəm Öz peyğəmbərin Muhəmmədin haqqını – ona və onun Əhli-beytinə salam olsun! Ey Adəmə Şeysi, İbrahimə İsmail və İshaqı əta edən, ey Yusifi Yəquba qaytaran, ey Yəqubun bəladan sonra qəm-qüssəsini aradan qaldıran, ey Musanı öz anasının qucağına qaytaran, ey Xızırın elmini artıran, ey Davuda Süleymanı, Zəkəriyyaya Yəhyanı, Məryəmə İsanı əta edən, ey Şüeybin qızını (Musanın zövcəsi) qoruyan, ey Musanın anasının oğlunu Öz himayəsinə alan! Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetir, mənim bütün günahlarımı bağışla, mənə əzabından aman ver, Öz razılığımı, amanını, ehsanını, məğfirətini və cənnətlərini mənə əta et! Səndən istəyirəm ki, mənimlə mənə əziyyət verən şəxsin arasındakı ədavət halqasını və mənim üçün hər bir qapını aç, hər bir çətinliyi mənə asan et, mənim əleyhimə şər danışan hər bir kəsi lal et, hər bir zalımı məndən dəf et, mənim hər bir düşmənimi və mənə həsəd edəni zəlil et, hər bir zalımı (onun zülmünü) məndən uzaqlaşdır, mənimlə hacətim arasında mane olan, Sənə itaət arasında fasilə salmağa çalışan və məni Sənə ibadətdən saxlayan hər bir maneə qarşısında mənə kifayət et! Ey üsyankar cinləri cilovlayan, həddini aşıb təkəbbür edən şeytanlara qəhr edən, zalımların boynunu əyib xar edən və (zülmkar) hakimlərin zəiflərə qarşı məkrli tədbirlərini (ifşa edib) dəf edən! (İlahi,) istədiyinə şamil olan qüdrətinə və istədiyini istədiyin kimi asanlaşdırdığına xatir, Səndən istəyirəm ki, mənim hacətimin rəva olunmasını istədiklərində qərar verəsən!

İlahi, yalnız Sənin üçün səcdə etdim və yalnız Sənə iman gətirdim. Mənim zəlilliyimə, fəqirliyimə, əliboşluğuma, çalışqanlığıma, ah-naləmə, çarəsizliyimə və Sənə möhtac olmağıma rəhm et, ey Rəbbim!

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, Rəcəb ayının fəzilət və əməlləri bölümü.)

 

Xatırladaq ki, Rəcəb ayının 13-ü həzrət Əlinin (ə) mövlud, 15-i isə xanım Zeynəbin (s) vəfat günüdür.

Ahlibeyt.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2024  11:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!