|
• DünyadaBalkanlarda 50 min nüsxə Qurani-Kərim paylanılacaqBalkan ölkələrində xalq arasında 50 min nüsxə Qurani- Kərim"Quran, mənim hədiyyəm" proqramının icrası yönündə paylanacaq. Ahlibeyt.az-ın İqna-ya verdiyi xəbərə görə, layihə Türkiyənin Dini İşlər Fondu tərəfindən maliyyələşdirilərək həyata keçiriləcək. Məlumata görə, Türkiyənin Dini İşlər Fondunun sədri Mustafa Tutqun dünya müsəlmanlarının istədikləri zaman və məkanda Quran-Kərimə ulaşmasının asanlığının əhəmiyyət və zərurətindən söz açaraq bildirib: "Quran, mənim hədiyyəm" proqramının həyata keçirilməsi və icrası yönündə indiyədək 700 min 152 Quran nüsxəsi Türkiyə və digər ölkələrdə xalqa paylanılıb. Və hazırda da minlərlə cild Quran nüsxələrinin çapı üçün çalışırıq. Həmçinin Quran- Kərimin müxtəlif dillərə tərcüməsini də iş gündəminə almışıq.Bosniya dilini bilən müsəlmanlar çox asanlıqla bu tərcümələrdən istifadə edə biləcəklər. Balkan ölkələrində çox sayda müsəlman yaşayır. Bu ölkələrdə ən çox yayılmış dillərdən biri də "bosniya" dilidir. Buna görə də Quran- Kərimin bu dildə tərcüməsinə başlanılıb və yaxın gələcəkdə bu dildə 50 min nüsxə Quran- Kərim çap və nəşr ediləcək və Balkanlarda əhaliyə paylanılacaqdır." Mustafa Tutqun çıxışı zamanı qeyd edib ki,Balkanlarda 8 ölkə bu Quranları yaymaq üçün nəzərdə tutulmuşdur və bu Quran kitabları ibadət ocaqlarına,dini məkanlara, Quran təlimi mərkəzlərinə, mədərəsələrə, məktəblərlə yanaşı kitabxanalara da paylanılacaqdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Aprel, 2017 12:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |