|
|
İlahiyyatçı Sərdar Babayevin həbs müddəti uzadılıbHəbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayevin(Hacıhəsənli) məhkəməsi keçirilib. Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,məhkəmə baxışı mart ayının 27-də Masallı rayon məhkəməsində saat 15:00-da baş tutub. Hakim Nemət Musayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında ilahiyyatçı Sərdar Babayevin həbs müddətini aprel ayının 30-dək uzadılmasına qərar verib. Qeyd edək ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Babayev (Hacıhəsənli) fevral ayının 22-də səhər saat 10-da Masallı şəhər polisi tərəfindən saxlanılıb və Masallı rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə barəsində bir ay yeddi gün həbs qətimkan tədbiri seçilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2017 13:06 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |