
Həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayevin(Hacıhəsənli) məhkəməsi keçirilib.
Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,məhkəmə baxışı mart ayının 27-də Masallı rayon məhkəməsində saat 15:00-da baş tutub. Hakim Nemət Musayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında ilahiyyatçı Sərdar Babayevin həbs müddətini aprel ayının 30-dək uzadılmasına qərar verib.
Qeyd edək ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Babayev (Hacıhəsənli) fevral ayının 22-də səhər saat 10-da Masallı şəhər polisi tərəfindən saxlanılıb və Masallı rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə barəsində bir ay yeddi gün həbs qətimkan tədbiri seçilib.