إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyədə hərbi xidmət çəkən ABŞ hərbçisi İslam dinini qəbul edib

Türkiyədə yerləşən "İncirlik" hərbi bazasında təyyarə texniki olan 25 yaşlı amerikalı Piter Maykl Kern Adanadakı Sarıçam Müftiliyinə təşrif buyuraraq İslam dinini qəbul edib.

Özünə "Əli" adını götürən Maykl Kernin Türkiyəyə 6 ay öncə gəldiyi bildirilir. Burada Ayşəcan Kıyıcı adlı qızla tanış olan Mayk onların ailəsilə yaxından tanış olduqdan sonra onların İslami yaşayış tərzləri onda maraq oyadır.

İslam dini ilə maraqlanmaq istədiyini bildirən Maykl Kerni İncirlikdəki Quran kursuna aparırlar və burada ona Qurani-Kərimin ingilis dilində tərcüməsi hədiyyə olunur. Qurani-Kərimin ingilis dilində tərcüməsini oxuyan Maykl daha sonra İslam dinini qəbul edir.

Atasının xristian, anasının isə yəhudi olduğunu bildirən Əli İslam dinini qəbul etdikdən sonra rahatlıq tapdığını deyərək bildirib ki, o heç bir zor və təhdidlə İslam dinini qəbul etməyib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Yanvar, 2012  16:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!