إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordusu Mosuluda sürətlə irəliləyir

İraq Silahlı Qüvvələri Mosulun qərb hissəsinin üçdə birindən çoxunu İŞİD terrorçularından azad edib. Şəhərə aparan bütün yollar bağlanıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, ABŞ Prezidentinin koalisiyadakı rəsmi nümayəndəsi Bret Makqurk Bağdaddakı mətbuat konfransında Mosuldakı hərbi əməliyyatlarda İŞİD terror təşkilatının 180-dən artıq üzvünün zərərsizləşdirildiyi barədə məlumat verib.

İraqın miqrasiya işləri üzrə naziri Casim Məhəmməd əl-Caf bildirib ki, İraq hərbçilərinin terrorçulara qarşı əməliyyat keçirdiyi müddət ərzində qərbi Mosuldan olan qaçqınların sayı 100 min nəfərə çatıb. Onun rəhbərlik etdiyi nazirlik əməkdaşları yalnız son sutka ərzində 10 min 607 qaçqını qəbul edib. Məcburi köçkünlər Mosuldan cənubda və İraqın şimalındakı qonşu rayonlarda hökumət tərəfindən təşkil edilmiş düşərgələrdə yerləşdiriliblər.

Bret Makqurkun sözlərinə görə, artıq terrorçuların tamamilə məhv edilməsi yalnız vaxt məsələsidir.

İraq mətbuatının məlumatına görə, İraq Federal Polisi və "Həşd əl-Şabi" könüllüləri ən-Nəft və Durəl-muvəzzəfin qəsəbələrini İŞİD terrorçularından azad ediblər.

Məlumata görə, hazırda ət-Tub məntəqəsində İraq ordusu ilə terrorçular arasında şiddətli döyüşlər gedir.

Digər tərəfdən Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava hücumları nəticəsində İŞİD komandirlərindən olan Əbu Rəsul əl-Cəburi öldürülüb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Mart, 2017  14:32 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!