إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD yaraqlılarına Mosuldan Rakkaya çəkilmək əmr olunub

İŞİD terror qruplaşması rəhbərliyi səhra komandanlığına tapşırıb ki, Mosuldakı qərargahı məhv etsin, “xilafət ordusunu” şəhərdən mümkün qədər tez çıxararaq Suriyaya doğru hərəkətə keçsin.

Ahlibeyt.az-ın Azertac-a istinadən verdiyi xəbərə görə, bu barədə  “As-Sumariya” telekanalı  məlumat yayıb. Telekanalın bildirdiyinə görə, qruplaşmanın rəhbərliyi səhra komandanlığına tapşırıb ki, Mosuldakı qərargahı məhv etsin, “xilafət ordusunu” şəhərdən mümkün qədər tez çıxararaq Suriyaya doğru hərəkətə keçsin.

Xatırladaq ki, Mosulun azad edilməsinə yönəlmiş irimiqyaslı əməliyyatlar oktyabrın 17-də başlayıb. Beynəlxalq koalisiya aviasiyasının dəstəyi ilə keçirilən əməliyyatların gedişində hökumət qüvvələri iki ildən artıqdır ki, İŞİD qruplaşmasının nəzarətində olan Mosulun şərq hissəsini azad edib. Hazırda İraq ordusu şəhərin qərb istiqamətində hücumları davam etdirir.

Son məlumatlara görə, ordu birləşmələri yaraqlıları bir sıra hökumət obyektlərindən, o cümlədən mərkəzi bankın, şəhər administrasiyasının və milli muzeyin binalarından çıxarıb, onlarla terrorçu öldürülüb. Mosulun qərb və şərq sahillərini birləşdirən beş körpüdən ikisi bütünlüklə nəzarət altına alınıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Mart, 2017  12:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!