إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriyada əfv edilmiş üsyançılar kütləvi şəkildə ordunun tərəfinə keçir

Hələbdə əfv edilən terrorçular kütləvi şəkildə Suriya ordusunda qulluğa keçirlər, digərləri isə dinc həyata qayıdır. Onlar terrorçular tərəfindən təhdidlərə baxmayaraq, silahı yerə qoyduqlarını etiraf edirlər.

“Bu, həqiqətən, mənim şəxsi qərarımdır. Xalqımı terrorçulardan qoruyacağam, vətənimi onlardan azad edəcəyəm, - deyə əks hücum korpusunda xidmətə başlayan Saleb deyib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə. bu barədə Salamnews TASS-a istinadla xəbər verir.

"Onlar bizə ədalətli cəmiyyət quracaqlarına dair söz vermişdilər, halbuki yalnız ölüm və qəddarlıqla məşğul oldular. Bu ağılsız fanatiklər yalnız bir şeyi - öldürməyi bacarırlar. Dinc sakinlər onları dəstəkləmir”, - deyə digər əfv olunmuş üsyançı, hazırda isə Suriya ordusunun əsgəri Abdulla junalistlərə söyləyib.

Əfv edilmiş digər bir şəxs Məhəmməd Əhməd Casem etirafında bunları deyib: "Dinc sakinlərin bir qismi terrorçuların sıralarına öz arzuları ilə qoşulmayıblar. Bəziləri çarəsizlikdən, digərləri isə ailə üzvlərinin həyatı ilə şantaj edildiklərindən buna məcbur olublar. Mən Şərqi Hələbdə yaşayırdım, ailəmi qida ilə təmin edəcək heç nə yox idi, terrorçuların anbarları isə Qərb ölkələrinin göndərdikləri humanitar yardımlar ilə dolu idi, lakin onları yalnız terrorçuların ailələrinə paylayırdılar. Acından ölməmək üçün onların sıralarına daxil oldum”. O, Suriya ordusu hücuma başlayan kimi dərhal hökumətə təslim olduğunu bildirib.

Xatırladaq ki, Suriyada amnistiya haqqında qanun 2016-cı ilin iyulunda qəbul olunub.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2017  11:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!