|
Azərbaycan qatarı Astara-Astara körpüsündən İrana daxil olduAzərbaycan(Astara) - İran (Astara) dəmiryol layihəsinin İran ərazisində bir hissəsinin çəkilməsi ilə Azərbaycan Respublikası qatarı sınaq şəklində İrana daxil olub. Ahlibeyt.az-ın məlumatına görə, tədbirdə hər iki şəhərin icra hakimiyyətinin nümayəndələri, sərhəd zastavalarının rəhbərləri iştirak ediblər. Artıq İran tərəfində 600 metr uzunluğunda dəmir yolu qoyulub. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.
Astara (İran) stansiyasının və yük terminalının tikiləcəyi ərazidə torpaq yatağının işlənməsi və əraziyə düşən kommunikasiya qurğularının köçürülməsi, suötürücülərin tikintisi prosesi gedir.
Azərbaycan və İranın dəmir yolunun birləşdirilməsi üzrə memorandum 2015-ci il oktaybr ayında Astara rayonunda İran və Azərbaycanın iqtisadi əməkdaşlıqlar komissiyasının iclasında imzalanıb. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icra olunması ilə, Xəzər dənizinin şimal ölkələri İran vasitəsi ilə Fars körfəzinə çıxış əldə edəcək və İranın bu ölkələr və Avropa ilə əlaqəsi mümkün olacaqdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Abbas limanı-Qəzvin, Qəzvin-Rəşt, Rəşt-Astara və Astaradan Azərbaycan Astarasına və oradan Rusiya və Şimali Avropa ölkələrinə olan dəmiryol layihəsidir. Qeyd edək ki,dəmiryolu xətlərində sərnişin və yük qatarlarının sınaq gedişi həyata keçirilmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Mart, 2017 14:30 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |