
Azərbaycan(Astara) - İran (Astara) dəmiryol layihəsinin İran ərazisində bir hissəsinin çəkilməsi ilə Azərbaycan Respublikası qatarı sınaq şəklində İrana daxil olub.
Ahlibeyt.az-ın məlumatına görə, tədbirdə hər iki şəhərin icra hakimiyyətinin nümayəndələri, sərhəd zastavalarının rəhbərləri iştirak ediblər.
Azərbaycan və İranın dəmir yolunun birləşdirilməsi üzrə memorandum 2015-ci il oktaybr ayında Astara rayonunda İran və Azərbaycanın iqtisadi əməkdaşlıqlar komissiyasının iclasında imzalanıb.
Şimal-Cənub Nəqliyyat Dəhlizinin icra olunması ilə, Xəzər dənizinin şimal ölkələri İran vasitəsi ilə Fars körfəzinə çıxış əldə edəcək və İranın bu ölkələr və Avropa ilə əlaqəsi mümkün olacaqdır.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Abbas limanı-Qəzvin, Qəzvin-Rəşt, Rəşt-Astara və Astaradan Azərbaycan Astarasına və oradan Rusiya və Şimali Avropa ölkələrinə olan dəmiryol layihəsidir.
Qeyd edək ki,dəmiryolu xətlərində sərnişin və yük qatarlarının sınaq gedişi həyata keçirilmişdir.