إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan prezidenti Pakistana səfər edib

Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfər edib.

Ahlibeyt.az-ın məlumatına görə,  İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar.

Sonra toplardan yaylım atəşi açılıb, Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib.

Rəsmi qarşılanma mərasimindən sonra Pakistanda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin baş naziri Nəvaz Şəriflə görüşüb.

Görüşdə iki ölkə arasında müxtəlif sferalarda əməkdaşlıq məsələlərinə dair danışıqlar aparılıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Fevral, 2017  18:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!