|
• Dünyadaİranın BMT nümayəndəsi: "İslam həmrəyliyi" təşəbbüsü müsəlman dünyasına xoş bir çağırışdırPrezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi bütün müsəlman dünyasına xoş bir çağırışdır. Ahlibeyt.az-ın məlumatına görə, bu fikri Azertac-a müsahibəsində İranın BMT yanındakı keçmiş daimi nümayəndəsi və İsveçrədəki sabiq səfiri Mücdəhid Şəbüstəri bildirib. M.Şəbüstəri deyib ki, Azərbaycan Prezidenti bu çağırışla İslam ölkələrinin əlaqələrinin möhkəmləndirilməsini istəyir. Bu gün dünyada müsəlmanların birliyə və həmrəyliyə böyük ehtiyacı var. Buna görə də bu, çox təqdirəlayiq təşəbbüsdür. Sabiq səfir qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi də təsadüfi deyil. İdman həmrəylik üçün ən yaxşı vasitədir. Bu yarışda İslam ölkələrindən minlərlə idmançı iştirak edəcək. Onların rəqabəti yalnız idman meydanında olacaq. Bütün dünya isə dostluğun və qardaşlığın şahidi olacaq. M.Şəbüstəri vurğulayıb ki, Azərbaycan böyük beynəlxalq tədbirlərə ev sahibliyi edə bilməsini dəfələrlə sübuta yetirib. İslam Həmrəyliyi Oyunlarının da uğurla keçiriləcəyinə heç bir şübhə yoxdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Fevral, 2017 12:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |